Saytımızı qiymətləndirin


 
 

Vaksinasiya ilə bağlı təbliğat kampaniyası davam edir - VİDEO
Tarix: 02-06-2021 | Saat: 13:21
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər

 

Vaksinasiya ilə bağlı təbliğat kampaniyası davam edir - VİDEO

Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta və Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi (TƏBİB) birlikdə vaksinasiya üçün təbliğat kampaniyası həyata keçirir.

Qarabaginfo.az xəbər verir ki, qurumların əsas məqsədi insanların diqqətini vacib olan məsələyə - vaksinasiyaya yönəltməkdir.

Kampaniya üçün nəzərdə tutulan video və radioçarxlar, çöl reklamları və çap materiallarında COVID-19 pandemiyasından öncə yaşadığımız həyatın geri qayıtması üçün edə biləcəyimiz ən vacib işlərdən birinin vaksinasiya olduğu qeyd edilir.

Kampaniya çərçivəsində işıq üzü görən növbəti videoçarx idman və azarkeşlik haqqındadır. Bu mövzuların seçilməsi təsadüfi deyil. Artıq bir ildən çoxdur ki, davam edən pandemiya səbəbindən idman zalları və kütləvi yarışlar təxirə salınıb. Bu vəziyyət də, təbii ki, idman həvəskarları və azarkeşlərinə mənəvi olaraq mənfi təsir edib.

Kampaniyada əsas mesaj isə ondan ibarətdir ki, nə qədər çox insan peyvənd olunsa, biz öncəki - darıxdığımız həyata bir o qədər də tez qayıda bilərik. Təbliğat kampaniyasının şüarı da bu düşüncələri tamamlayır: Peyvənd olunaq - darıxdığımız həyatı qaytaraq.

Kampaniyanın kommunikasiya strategiyası “Maverick” Kommunikasiya Agentliyi, istehsalat işləri isə Bakı Media Mərkəzi tərəfindən reallaşdırılıb.



Xəbəri paylaş

1278 dəfə oxunub.

Digər xəbərlər