Saytımızı qiymətləndirin


 
 

Bakıda yeni müntəzəm marşrut xətti təşkil edilib
Tarix: 29-05-2021 | Saat: 12:31
Bölmə:Karusel / Sosial | çapa göndər

Bakı Nəqliyyat Agentliyi güclü küləkə bağlı sərnişinlərə müraciət edib | 1news.az | Xəbərlər

Binə Atçılıq yaşayış massivini metronun “Ulduz” stansiyası ilə əlaqələndirən yeni 169 nömrəli müntəzəm marşrut xətti təşkil edilib. Yeni xəttin təşkili ilə bağlı qərar çoxsaylı vətəndaş müraciətləri nəzərə alınmaqla verilib.

Bu barədə Qarabaginfo.az-a Bakı Nəqliyyat Agentliyindən bildirilib.

“General Auto Company” şirkətinin istismarında olan marşrut xətti 31.05.2021-ci il tarixindən fəaliyyətə başlayacaq. Sərnişin təlabatına uyğun olaraq marşrut üzrə daşımalara ortatutumlu avtobuslar cəlb ediləcək. Marşrutun hərəkət intervalı sərnişin təlabatına uyğun olaraq tənzimlənəcəkdir. Marşrut xətti üzrə gediş haqqı 0.40 AZN təşkil edəcək.

Yeni marşrut xəttinin təşkili ilə 14000 nəfərdən artıq əhalisi olan Atçılıq yaşayış massivi sakinlərinin şəhər mərkəzi ilə birbaşa əlaqələndirilməsi təmin olunacaq.

Qeyd edək ki, ölkə başçısının şəhərətrafı kənd və qəsəbələrdə yaşayan vətəndaşlara göstərilən sərnişindaşıma xidmətlərində keyfiyyətin artırılması ilə bağlı tapşırığına uyğun olaraq analoji işlər bundan sonra da davam etdiriləcək.



Xəbəri paylaş

1302 dəfə oxunub.

Digər xəbərlər