Saytımızı qiymətləndirin


 
 

Azərkosmos: Azerspace-3 layihəsi üzrə maliyyə institutları ilə danışıqlar davam edir
Tarix: 07-05-2026 | Saat: 11:29
Bölmə:Karusel / Multimedia | çapa göndər

Azərkosmos: Azerspace-3 layihəsi üzrə maliyyə institutları ilə danışıqlar davam edir

Azərbaycanın üçüncü telekommunikasiya peyki olan Azerspace-3 layihəsi üzrə porensial peyk istehsalçıları, peykin birgə istifadəsi üçün partnyorlar və maliyyə institutları ilə danışıqlar davam edir.

Bu barədə Azərbaycan Milli Kosmik Agentliyindən (AZƏRKOSMOS) bildirilib.

Qeyd edilib ki, peykin hazır olması və istismarı ilə bağlı hədəfdə dəyişiklik yoxdur:

“Ənənəvi oxşar peyklərdə istismar müddəti 15 il olur. Lakin müasir platformalarda fərqli müddətlər də mümkündür. Peykin istehsalçısı və ayrılan investisiya barədə son qərar verildikdə əlavə məlumat veriləcək”.

Xatırladaq ki, Azərbaycanın ilk telekommunikasiya peyki olan “Azerspace-1” 2013-cü ildə, ikinci telekommunikasiya peyki olan “Azerspace-2” 2018-ci ildə orbitə buraxılıb. 2023-ildən isə “Azerspace-1” peykinin 2028-2029-cu illərdə əvəzlənməsi istiqamətində “Azerspace-3” layihəsi üzrə işlərə start verilib.



Xəbəri paylaş

33 dəfə oxunub.

Digər xəbərlər