“Qalib Azərbaycan Ordusuna qarşı bu cür təxribat onu gözdən salmağa hesablanıb...”
Tarix: 26-05-2021 | Saat: 18:57
Bölmə:Karusel / Siyasət | çapa göndər
1401 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 26-05-2021 | Saat: 18:57
Bölmə:Karusel / Siyasət | çapa göndər

Xəbər verdiyimiz erməni silahlılarının Azərbaycan əsgərlərinin yerləşdiyi posta hücum edərək təxribat törətməyə cəhd etməsi müzakirələrə səbəb olub. Görüntülərdən də aydın olur ki, 50-ə yaxın erməni silahlıları 5-6 əsgərimizin yerləşdiyi postda hücum edərək onları təxribata çəkməyə çalışır.
Qarabaginfo.az xəbər verir ki, Moderator.az-a açıqlamasında yazıçı, jurnalist Orxan Fikrətoğlu bildirib ki, baş verən insidentə görə məsuliyyət birbaşa Rusiya sülhməramlılarının üzərinə düşür:
“Ümumiyyətlə, bu məsələyə kompleks yanaşmaq lazımdır. Azərbaycanla Ermənistan arasında 44 günlük savaşdan sonra bağlanmış üçtərəfli sazişin bəndləri həyata keçirilirmi, keçirilmirmi? Buna məsul olan və özlərini sülhməramlı adlandıran Rusiya bölgədə hansı fünksiyanı yerinə yetirir? Əgər məsuliyyət onların üzərindədirsə və səlahiyyətləri çərçivəsində qeyri-qanuni silahlanmış erməni silahlıları bizim 5-6 əsgərimizin olduğu postumuza hücum edirsə, burda məsuliyyət daşıyan elə onlar olmalıdır. Üçtərəfli sazişdən sonra bu məsuliyyəti daşıyan Rusiya sülhməramlılarıdır. İkincisi isə mütləq sərhədlərarası delimitasiya məsələləri masa üzərində həyata keçirilməlidir və ondan sonra konkret olaraq Azərbaycan əsgərlərinin olduğu postlara hücum və buna cəhd olarsa, biz atışma və müharibə etmək ixtiyarı qazanarıq.
Qalib Azərbaycan Ordusuna qarşı bu cür təxribat onu gözdən salmağa hesablanıb. Birmənalı olaraq bu təxribatlar yayda Ermənistanda keçiriləcək seçkiqabağı kampaniyanın atributudur. Bir çox hallarda sosial şəbəkələrdə yayılan materiallar Paşinyanın ziyanına və xeyrinə işləyir. Ümumiyyətlə, seçkilərə təsir olaraq bu təxribat görüntüləri yayılır. Amma Azərbaycan tərəfi düşünürəm bu informasiya zəminində kadların yayılmasının qarşısını almalıdır. Azərbaycan əsgərinə qarşı tirajlanan bu cür kadrlar Azərbaycan sosial şəbəkə məkanında tirajlanmamalıdır. Bu birbaşa təhqirdir”.
Xəbəri paylaş
Digər xəbərlər
13-09-2025, 15:31
Nizamidə şəhid və qazi övladları üçün tədbir - Fotolar
20-08-2022, 12:53
İsmayıllıda qəsdən yanğın törətmə faktının üstü açılıb - VİDEO
25-04-2022, 16:56
Türkiyədə təyyarə qəzaya uğrayıb
16-10-2025, 16:44
Ukrayna ordusunun təlim poliqonu "İsgəndər”lə vuruldu
14-03-2019, 17:04
Astara gömrüyündə 10 milyon manatlıq əməliyyat - Fotolar
11-09-2025, 15:48
Peskov: Putin-Tramp telefon danışığı tez bir zamanda razılaşdırıla bilər
3-03-2023, 15:00
Xocalı görüşü ilə bağlı yeni detallar məlum oldu
15-03-2023, 13:19
Xankəndi separatçıları Bakıya gəlmək üçün şərt qoydu: söz bitdi, növbə Ordumuzundur!


















