Saytımızı qiymətləndirin


 
 

Beynəlxalq Banka yeni baş direktor təyin edilib
Tarix: 09-02-2018 | Saat: 12:43
Bölmə:Karusel / İqtisadiyyat | çapa göndər

 

 

"AccessBank"da kadr dəyişikliyi baş verib.

"Qarabaginfo" xəbər verir ki, Bankın İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, İnsan resursları və administrasiya üzrə İcraçı direktor Aynur Süleymanlı karyerasını Azərbaycan Beynəlxalq Bankında davam etdirəcək. Belə ki, A.Süleymanlı dövlət bankında Baş direktor vəzifəsinə təyinat alıb.

A.Süleymanlı, "AccessBank"da çalışmazdan əvvəl 4 il beynəlxalq şirkətdə marketinq tədqiqatları sahəsində çalışıb. 2005-ci ildə "AccessBank"da İnsan resursları üzrə mütəxəssis vəzifəsində fəaliyyətə başlayıb və İcraçı direktor vəzifəsinədək yüksəlib.

A.Süleymanlı Azərbaycan Dövlət İqtisad Universitetini bitirib. "Heyətin idarə edilməsi" ixtisası üzrə bakalavr və magistr dərəcəsinə malikdir. O, Azərbaycan Banklar Assosiasiyasının "Tədris strategiyaları və İnsan Resursları üzrə" ekspert qrupunun da sədridir.



Xəbəri paylaş

601 dəfə oxunub.

Digər xəbərlər