Andranik Laçının Zabux kəndində 12 köçkün erməni ailəsinə ev verdi...
Tarix: 10-05-2021 | Saat: 23:50
Bölmə:Karusel / Qarabağ | çapa göndər
1483 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 10-05-2021 | Saat: 23:50
Bölmə:Karusel / Qarabağ | çapa göndər

"Dəhliz" ərazisinə düşən kənddə Hadrut və digər rayonlardan köçmüş ermənilər yerləşdirilir...
Azərbaycan Respublikası Laçın rayonunun azı 5 il müddətinə Rusiya hərbi kontingentinin nəzarətinə verilmiş hava xətti ilə 5 km-lik enindəki əraziyə daxil olan Zabux kəndində qanunsuz məskunlaşmış ermənilər nəinki çıxarılıb, əksinə, 44 günlük savaşdan sonra həmin və digər rayonlardan, eləcə də Hadrut ərazisindən çıxmış ermənilərə də yer verilir.
Qarabaginfo.az xəbər verir ki, bu haqda Xankəndindəki separatçı nəşrlərə “Aqavno” adlandırılımış Zabux kəndinin 2011-ci ildən Livandan köçürülmüş qanunsuz “mer”i Andranik Çavuşyan məlumat çatdırıb.
Çavuşyanın sözlərinə görə, 2014-cü ildən Livanın “ARİ” şirkətinin tikdiyi 100-ə yaxın evdən 12-i Hadrut və Laçın, Qubadlı və Zəngilan rayonlarından köçmüş erməni ailələrinə verilib.
Qanunsuz “mer” əvvəlcədən – yəni Laçın rayonunun işğalından bəri Zabuxda qanunsuz məskunlaşmış və son müharibə zamanı Ermənistana köçmüş ermənilərə xəbərdarlıq edib ki, əgər tezliklə geri dönməsələr, evlərini qaçqın düşən digərlərinə verəcək. A.Çavuşyan yaxın müddətdə yeni evlərin də tikiləcəyini bildirib.
Əvvəl də yazdığımız kimi, hazırda Zabuxda tibb məntəqəsi və uşaq bağçası da tikilir. (Moderator.az)
Xəbəri paylaş
Digər xəbərlər
22-07-2024, 20:46
Xorvatiyada qocalar evində baş verən atışma nəticəsində 6 nəfər ölüb
18-01-2022, 22:49
"Mən yarı türk, yarı ərəbəm, amma özümü türk hiss edirəm" - Erməni vətənpərvər Russo
19-01-2022, 19:07
“Putin Lavrovu Bakıya göndərəcək, Azərbaycan Süniki işğal edəcək, sonra isə...” - ŞOK SSENARİ
28-02-2022, 20:19
Azərbaycanın Xarkovdakı konsulluğu sabah 150-yə yaxın şəxsin təxliyəsini təşkil edəcək
15-02-2025, 09:32
Britaniyalı nazirlər Rusiyaya təzyiqi artırmağa çağırır
7-01-2021, 12:37
Nazir: "İşğaldan azad edilən ərazilərin bərpası və inkişafı dörd mərhələdə həyata keçiriləcək"
11-03-2022, 16:17
Azərbaycan QHT-ləri Avropa Parlamentinə etiraz bəyanatı ünvanlayıb
15-09-2025, 11:57
Prezident Xocalı sakinləri ilə görüşdü - Fotolar
30-04-2022, 15:14
Bakı metrosundan tibbi maska AÇIQLAMASI
1-12-2020, 10:17
Neft yenidən ucuzlaşdı


















