Saytımızı qiymətləndirin


 
 

Azərbaycanda Hindistan vətəndaşı olan 89 qanunsuz miqrant tutulub
Tarix: 02-02-2018 | Saat: 17:13
Bölmə:Karusel / Sosial | çapa göndər

 

azerbaycanda hindistan vetendasi olan 89 qanunsuz miqrant tutulub

Yanvarın 29-31-i və fevralın 1-də Bakı şəhəri Sabunçu və Binəqədi rayonlarında qanunsuz miqrasiyaya qarşı keçirilmiş tədbirlər zamanı Hindistan Respublikasının 89 vətəndaşları saxlanılıb.

 

"Qarabaginfo" xəbər verir ki, Dövlət Miqrasiya Xidmətindən "Apa.az"A  verilən məlumata görə, araşdırma zamanı həmin əc­nəbilərin viza ilə ölkəyə daxil olduqları, 36 nəfərin olduğu yer üzrə qeydiyyatının olmadığı, 31 nəfərin ölkə­də viza müd­də­ti­nin bit­diyi, 19 nəfərin Azərbaycan Respubli­ka­sına gəlişlərinin bəyan edil­miş məqsədlərini poz­­duq­ları və 1 nəfərin qey­diy­yat ünvanı üzrə yaşamadığı aşkar edil­ib.

 

Qeyd edilən əcnəbilərin işlə təmin etmək adı altında aldadılaraq Azər­bay­can Res­­pub­­li­ka­sı­na gə­tiril­mə­sini Hindistan Respublikası vətəndaşı, 22.01.1965-ci il tə­vəl­lüd­lü, Mohammad Sakirin öz həm­­­və­tən­ləri Alimuddin Shaikh, SK Allarakha, Pathan Junedkhan Mu­kimkhan və Pa­kistan İslam Respublikasının vətəndaşı Sajid Fraz ilə əlbir olaraq təşkil et­di­yi mə­­lum olub.

 

Təşkilatçılardan Mohammad Sakirin sonuncu dəfə Azərbaycan Respublikasına 14.01.2018-ci il tarixdə işgüzar səfər məqsədi ilə gəldiyi və 20.01.2018-ci il tarixdə Bakı şə­hə­ri, Nə­­­si­mi rayonu, Tbilisi prospekti, ev 66, mənzil 3 ünvanı üzrə olduğu yer üzrə (qəbul edən tə­­rəf: Qə­­dirov Rüşdü Qur­ba­nə­li oğlu) qeydiyyata alındığı müəyyən edilib. Digər təşkilatçılar - 26.11.1994-cü il tə­­vəl­lüd­lü P.J.Mukimkhanın ölkəyə sonuncu dəfə 25.11.2017-ci il ta­rixdə da­xil olduğu, Azər­bay­­can Tex­niki Universitetinin hazırlıq kursunun tələbəsi olaraq 27.12.2017-ci il tarixdən 30.10.2018-ci il tarixədək etibarlı olan müvəqqəti yaşama icazəsi vəsi­qə­­si aldığı, 05.03.1985-ci il tə­vəl­lüd­lü Sajid Frazın Azərbaycan Respublikasının vətəndaşı ilə nikah əsa­sın­da 30.04.2018-ci il ta­rixədək müvəqqəti yaşama icazəsi vəsiqəsinin olduğu məlum olub.

 

Keçirilmiş tədbirlər nəticəsində neqativ kanala təşkilatçılıq edən Mo­hamed Sakir, Pathan Junedkhan Mukimkhan, Alimuddin Shaikh saxlanılıblar. O cümlədən digər qrup üzvü “Mun­na” ləqəbli SK Allarakha məsuliyyətdən yayınmaq məqsədilə 31.01.2018-ci il tarixdə ölkə əra­zi­sini tərk etməyə cəhd edərkən Heydər Əliyev Beynəlxalq Aeroportunda sax­la­nıl­ıb və Bakı şəhəri Qanunsuz Miqrantların Saxlanılması Mərkəzində yer­ləş­di­rilib.

 

Qeyd olunan mü­tə­şək­kil qrup üzvləri ölkə ərazisinə gətirilən Hindistan və­tən­­daş­la­rı­na iş və təhsil əsası ilə müvəqqəti yaşama icazəsi almaq adı altında hər birindən 400-500 ABŞ dol­ları məbləğində pul alıb və onların Azər­­baycan Respublikasında leqal­­laş­dı­rıl­ma­sını təmin edə­cək­lərini vəd veriblər. Onlar Azərbaycan Respublikasına gətirilməsini təş­kil etdikləri əcnəbilərdən bəziləri ilə saxta əmək müqaviləsi bağlayıb, neft bu­ruq­­­la­rın­da işə dü­­zəltdiklərinə dair şəkillərini paylaşıb, həmin əcnəbilərə əmək haq­qı adı al­tında 600 manat məb­ləğində ödəniş edib və digər Hindistan vətəndaşları üçün reklam edərək pul qa­zanıb­lar. Təşkilatçılar öz həm­vətən­lə­rini dələduzluq yolu ilə vəsaitlərini mənim­sə­yib və hə­­min əc­nə­bilərin ölkə ərazisində qanunsuz miq­ran­ta çev­ril­mə­lərinə şərait yaradıblar.

 

O cümlədən Sajid Frazın həyat yoldaşı Azərbaycan Respublikasının vətəndaşı, 25.02.1992-ci il təvəllüdlü Fraz (Qasımova) Günel İlqar qızı əcnəbilərin universitetlərə qəbul edilmələrini təşkil edəcəyini vəd edib.

 

Bundan əlavə, Azərbaycan Respublikasının vətəndaşı, 02.04.1963-cü il təvəllüdlü, Bakı şə­­həri, Xətai rayonu, Naximov küçəsi, ev 10/3B ünvanında qeydiyyatda olan Hümbətov Və­tən Məm­mədəli oğlu və onun qayınanası Azərbaycan Res­pub­li­ka­­sının vətəndaşı, 25.07.1953-cü il təvəllüdlü, Bakı şəhəri, Qara Qarayev prospekti, ev 116, mən­zil 99 ünvanında qeydiyyatda olan Nağıyeva Rəfiqə Qaraoğlan qızı həmin əcnəbilərdən bir qismini Bakı şə­hə­ri, Ramana qəsəbəsində yerləşən ünvanda yaşayış sahəsi verilməsini təşkil edib.

 

Eyni zamanda digər Azərbaycan Respublikasının vətəndaşı, 26.07.1980-ci il təvəllüdlü, Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Musavi küçəsi, ev 22 ünvanında qey­diy­yat­da olan Əsgərova Vəfa Telman qızı həmin əcnəbilərdən 8 nəfərinə Balaxanı qəsəbəsindəki ün­­van­­da yaşayış sahəsi verib.

 

Qeyd olu­­nan əc­nə­bilərin qanunsuz əməlləri sübuta yetirilib, faktlar öz təs­­di­qi­ni tapıb və mövcud qanunsuz miqrasiya kanalı tamamilə ifşa edilib.

 

Dövlət Miqrasiya Xidməti tə­rə­fin­­dən qanunsuz miqrasiyaya qarşı mü­ba­ri­zə çər­çi­və­­sində tədbirlər da­vam etdirilir.



Xəbəri paylaş

670 dəfə oxunub.

Digər xəbərlər