Saytımızı qiymətləndirin


 
 

Çilingər avtomobilin lazımsız ehtiyat hissələrindən görün nələr hazırlayır...-MARAQLI
Tarix: 06-05-2021 | Saat: 13:17
Bölmə:Karusel / Multimedia | çapa göndər

Çilingər avtomobilin lazımsız ehtiyat hissələrindən görün nələr hazırlayır...-MARAQLI
Stinpankerçi Sahib Verdiyev Moderator.az-ın suallarını cavablandırıb.
 
- Stimpank nə deməkdir və neçə ildir ki, bu sənətlə məşğulsuz?
- Stimpank avtomobil hissələrinin  lazımsız hissələri ilə məşğul olan sənət növüdür. Mən Almaniyada bu sənəti gördüm. Ora getmişdim, gördüm ki, şəhərdə stimpank festivalıdır. Bizdə hələ o vaxt stimpank anlayışı yox idi. Qardaşımın  balası mənə dedi ki, sərgilərə gedirik, orada bu cür işlər yoxdur, əmi bəlkə özünü sınayasan?! O ildən bu ilə artıq 5-ci ildir ki, bu sənətlə məşğulam.
- Sizin materialınız avtomobilin lazımsız ehtiyyat hissələridir. Bu başqa xammal da ola bilərdi.
 
- Mən bu işdə tullantıya göndərdiyim detallardan istifadə edirəm. Avtomobil çilingəri olduğuma görə bu detalları demək olar ki, atmıram. Digər çilingər dostlarım da var ki, bu detalları mənə verirlər, mən həmin materiallara ikinci həyat verirəm.
 
- Ən böyük işiniz hansı olub?
 
- Ən böyük işim dəmirdən hazırladığım Azərbaycanın xəritəsi olub. Bu işə başlayandan 10 gün sonra həmin işi düzəltdim. Daha sonra isə qız qalası əsərini hazırladım. İdeyalarımı müşahidələrim əsasında həyata keçirirəm.
 
- Olubmu ki, ideya ağlınıza gəlib, amma işinizi reallaşdıra bilməmisiz?
 
- Bəli, olub ki, istədiyim kimi alınmayıb, yenidən kəsib-doğrayıb düzəltmişəm. Qız qalası və gitara hazırlayanda yaxşı alınmadı, ikinci dəfə hazırladım. Nadir hallarda olur ki, hansısa işim yaxşı alınmasın. Çox hallarda elə birinci dəfədən alınır.
- İşinizin çətinliyindən istərdim danışasız.
 
- Biri var ki, hazır təmiz xammalla işləyəsən, bu çox rahatdır. Kəsib doğrayırsan, işini görürsən. Burada isə tullantı materiallarının içində axtardığın xammalı tapıb, saf-çürük edirsən, sonra onu yuyub-təmizləyirsən, sonda isə rəngləyirsən. Bəzən görürsən ki, detallar bir-birinə uyğunlaşmır.
 
- Sərgilərə dəvət alırsız?
- Bir neçə sərgiyə dəvət alıb, iştirak etmişəm. Birinci sərgim çox böyük marağla qarşılandı və ikinci dəfə yenə də dəvət aldım.Hindistanlılar da məni sərgiyə dəvət etmişdilər. Mədəniyyət Nazirliyinin keçirdiyi sərgilərə və kitab sərgisinə də dəvət almışdım. Bundan başqa Leyla Əliyevanın rəhbərliyi ilə 2017-2018-ci illərdə keçirilən “Tullantıdan sənətə” adlı sərgidə iştirak etmişəm. Mən həmin sərgidə tar, manqal və skif baltası hazırlamışam. Daha sonra Nəsimi ilə əlaqədar olaraq Nəsiminin təxəyyülümdə canlandırdığım taxt-tacını düzəltmişəm. Ən böyük arzum isə öz fərdi sərgimi təşkil etməkdir. Emalatxanam da yoxdur, şəxsi emalatxanaya sahib olmaq da arzularımdan biridir. Çünki mən təkcə kiçik fiqurlar deyil, böyük işlər də hazırlamaq istəyirəm.


Xəbəri paylaş

1311 dəfə oxunub.

Digər xəbərlər