Saytımızı qiymətləndirin


 
 

Sabah hava necə olacaq?
Tarix: 06-05-2021 | Saat: 12:57
Bölmə:Karusel / Sosial | çapa göndər

Sabah hava necə olacaq?

 

Mayın 7-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Qarabaginfo.az-a verilən məlumata görə, mayın 7-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, günün ikinci yarısında bəzi yerlərdə yağış yağacağı gözlənilir. Mülayim cənub küləyi əsəcək. 

Havanın temperaturu Abşeron yarımadasında gecə 11-13, gündüz 18-21, Bakıda gecə 11-13, gündüz 18-20 dərəcə isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz təşkil edəcək. 

Mayın 7-də Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin axşama doğru bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Səhər saatlarında duman olacaq, şərq küləyi əsəcək. 

Havanın temperaturu gecə 10-14, gündüz  20-25, dağlarda gecə 3-8, gündüz 10-15 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoz 

Mayın 7-də Abşeron yarımadasında iqlim normasına yaxın temperatur rejimi və meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir. 

 



Xəbəri paylaş

1307 dəfə oxunub.

Digər xəbərlər