İsmayıllıda dələduzluq edən "vəkil" saxlanıldı
Tarix: 05-05-2021 | Saat: 10:56
Bölmə:Karusel / Kriminal | çapa göndər
1520 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 05-05-2021 | Saat: 10:56
Bölmə:Karusel / Kriminal | çapa göndər

İsmayıllı rayonunda vətəndaşların etibarından sui-istifadə edərək onlara qarşı dələduzluq edən şəxs saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, Polis Şöbəsinə müraciət edən rayon sakinləri özünü vəkil kimi təqdim edən Elman adlı şəxsin icarəyə torpaq sahəsi götürmək, azyaşlılara qəyyum təyin etdirmək kimi vədlər verərək onları aldatdığını və pullarını ələ keçirdiyini bildiriblər.
Daxil olmuş müraciətlər əsasında keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində dələduzluq əməlini törətməkdə şübhəli bilinən İsmayıllı şəhər sakini Elman Xəlilov saxlanılıb. Araşdırma zamanı onun Ağsu rayonunda da vətəndaşların pullarını alaraq, dələduzluq etdiyi məlum olub.
E.Xəlilovun analoji əməllərindən zərərçəkən başqa vətəndaşlar olarsa, bu barədə İsmayıllı Rayon Polis Şöbəsinin 020-285-11-89 şəhər, 050-280-45-00 mobil nömrələri, habelə DİN-in “102” Zəng Mərkəzi ilə əlaqə saxlayaraq məlumat vermələri xahiş olunur.
Xəbəri paylaş
Digər xəbərlər
3-06-2020, 13:45
Tərtər Olimpiya İdman Kompleksinin açılışı olub
13-04-2021, 10:42
Bərdədə yas mərasimləri aşkar edilib
8-10-2026, 20:18
Tramp İranın Los-Anceles və San-Dieqoya hücum edəcəyi barədə açıqlamalarını təkrarlayıb
29-09-2021, 19:24
Azərbaycanda son sutkada 842 nəfər COVID-19-a yoluxub, 15 nəfər ölüb
6-09-2021, 14:35
Modriç Xorvatiya millisindən ayrıldı
18-06-2022, 06:04
Zelenski: "Ukrayna Rusiya ilə viza rejimi tətbiq edəcək"
22-08-2022, 11:47
16 yaşlı oğlanın gölməçədə boğulması araşdırılır
18-12-2021, 13:25
Çavuşoğlu İƏT-in Əfqanıstanla bağlı fövqəladə iclasında iştirak edəcək
19-07-2023, 11:36
Putindən taxıl sazişi ilə bağlı MESAJ – Qərb “YOX” deyir


















