“Xudayarın anasının ardınca, hamımız deməliyik ki, o adamın dərsini verən mənəm, məni cəzalandırın”
Tarix: 30-04-2021 | Saat: 17:14
Bölmə:Karusel / Hadisə | çapa göndər
1467 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 30-04-2021 | Saat: 17:14
Bölmə:Karusel / Hadisə | çapa göndər

“Şəhidlərimizə dil uzadanların dili kəsilməlidi, ən ağır formada cəzalandırılmalıdırlar, ödəniləcək cəza nə olursa olsun”
Qarabaginfo.az xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında aktyor Rza Rzayev deyib. R.Rzayev şəhidlərimizi təhqir edən şəxslərin cəzalandırılmasının vacibliyini vurğulayıb:
“Cəmiyyətlər nümunələri ilə bərqərar olur. Şəhidlərimiz də nümunələrimizdi-torpağı qoruyan, torpaq uğrunda canından keçməyin nümunəsi. Nümunələrin (Şəhidlərin) şərəfini qoruyan nümunələr də yaranmalıdı. Şəhidlərimizə dil uzadanların dili kəsilməlidi, ən ağır formada cəzalandırılmalıdırlar, ödəniləcək cəza nə olursa olsun. Şəhidə dil uzadanın gənclər tərəfindən cəzalandırılması mövcud qanun pozuntusu olsa da, bilməliyik ki, qanunlar hər şeyi tam əhadə edə bilmir. Qanunlar ümumi olduğu üçün istisna hallar orda tam ifadə edilmir. Şəhidimiz Xudayara dil uzadanın gənclər tərəfindən cəzalandırılmasını alqışlayıram, başqaları da dərs çıxarsın. Bu millət şəhidinin yanında sona qədər olacaq, şəhidlərimizin haqqına girən bəzi məmurlar da bundan nəticə çıxarsalar yaxşı olar. “Dədə Qorqud” filmində bir epizod var: Düşmən Turalın anasının kim olduğunu öyrənmək istəyəndə bütün qadınlar bir nəfər kimi Turalın anası olduqlarını deyirlər. Xudayarın anasının ardınca bütün analar və hamımız deməliyik ki, o adamın dərsini verən mənəm, mən, məni cəzalandırın!”
Xəbəri paylaş
Digər xəbərlər
27-03-2020, 14:07
Bakıya maşının “baqaj”ında girmək istəyirdi, saxlanıldı - Fotolar
15-03-2022, 22:14
Ərdoğan: “Çavuşoğlu Rusiyadan sonra Ukraynaya gedəcək”
9-08-2021, 21:03
FHN-in qüvvələri Türkiyədəki yanğınların söndürülməsi istiqamətində əməliyyatlar aparır - VİDEO
9-02-2018, 12:40
Bakı ətrafında 23 dəmir yolu stansiyası tikiləcək
29-08-2025, 20:34
Baş Qərargah rəisi: Azərbaycan və Türkiyə regionda sabitliyin qorunmasına böyük töhfə verir
8-06-2022, 17:31
Dövlət Arxivinin Şirvan filialının direktoru HƏBS EDİLİB
21-03-2022, 17:52
Pakistanın Baş naziri Azərbaycanın müdafiə nazirini qəbul edib
8-05-2024, 15:01
Rasim Balayev qonararlarla bağlı Əli Əsədova məktub YAZDI
9-02-2024, 16:35
“Dostluq” kinoteatrı sökülür? - Rəsmi AÇIQLAMA
11-04-2022, 23:46
Rusiya Mariupolda kimyəvi silah tətbiq edib

















