Saytımızı qiymətləndirin


 
 

Nazirlik biznes sektorunda yoxlamaları tam dayandırdı
Tarix: 29-01-2018 | Saat: 12:45
Bölmə:Karusel / Sosial | çapa göndər

 

Nazirlik biznes sektorunda yoxlamaları tam dayandırdı

 

Vergilər Nazirliyi biznes sektorunda yoxlamaları tamamilə dayandırıb.

"Qarabaginfo" “Qafqazinfo”ya istinadən xəbər verir ki, yoxlamaların dayandırılması nazirlikdəki rəhbər dəyişikliyindən sonra aparılan struktur və kadr islahatları ilə bağlıdır.

Belə ki, kadr dəyişikliyi vergi yoxlamalarını aparan şəxslərə də təsir edib. Hazırda vergi yoxlamalarına nəzarət nazirin müavini İlkin Vəliyevə keçib. Bununla belə, kurator olmasına baxmayaraq, heç bir yoxlama aparılmır.

Qeyd edək ki, ötən ilin dekabrında Mikayıl Cabbarov vergilər naziri təyin edilib.

Azərbaycanda sahibkarlıq sahəsində aparılan yoxlamalar 1 yanvar 2021-ci il tarixinədək dayandırılıb, amma bu, illik dövriyyəsi 120 min manatdan çox olan şirkətlərə şamil olunmur. Həmçinin moratorium illik dövriyyəsi 120 min manatdan az olan bir sıra şirkətlərdə aparılan vergi yoxlamalarına aid deyil.



Xəbəri paylaş

663 dəfə oxunub.

Digər xəbərlər