Saytımızı qiymətləndirin


 
 

Milli Məclisin deputatları AŞPA-nın yaz sessiyasında iştirak edəcək
Tarix: 16-04-2021 | Saat: 13:51
Bölmə:Karusel / Siyasət | çapa göndər

Milli Məclis hərbi vəziyyətin ləğv olunmasını təsdiqləyib - Poliqon.az

Milli Məclisin Avropa Şurası Parlament Assambleyasındakı daimi nümayəndə heyətinin üzvləri Sevinc Fətəliyeva, Rafael Hüseynov, Nigar Arpadarai, Kamal Cəfərov və Erkin Qədirli qurumun yaz sessiyasında iştirak etmək üçün aprelin 17-dən 23-dək Strasburqda səfərdə olacaqlar.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Qarabaginfo.az-a verilən məlumata görə, sessiya dövründə Assambleya Bürosunun və Daimi Komitənin görülən işlər barədə hesabatı dinləniləcək, Avropada milli azlıqlar, Avropa Şurasının strateji prioritetləri, Xroniki və uzunmüddətli xəstəliyi olan şəxslərə qarşı ayrıseçkilik, Avropanın diasporlar üzrə siyasəti və digər mövzularda fikir mübadiləsi aparılacaq.

Tədbirlərdə Milli Məclisin deputatları gündəlikdəki məsələlərlə bağlı çıxışlar edəcək, fikirlərini bildirəcəklər.



Xəbəri paylaş

1355 dəfə oxunub.

Digər xəbərlər

Dünən, 14:45Tofiq Hüseynov - 70