Saytımızı qiymətləndirin


 
 

Sabahın hava proqnozu açıqlandı
Tarix: 07-04-2021 | Saat: 13:32
Bölmə:Karusel / Gündəm | çapa göndər

Sabahın hava proqnozu açıqlandı | Report.az

Aprelin 8-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-qərb küləyi əsəcək. 

Milli Hidrometeorologiya Xidmətindən Qarabaginfo.az-a bildirilib ki, havanın temperaturu Abşeron yarımadasında gecə 10-12, gündüz 18-23, Bakıda gecə 10-12, gündüz 20-22 dərəcə isti olacaq. 

Atmosfer təzyiqi 757 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 50-55  faiz təşkil edəcək.  

Aprelin 8-də Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq, qərb küləyi əsəcək. 

Havanın temperaturu gecə 7-12, gündüz 24-29, dağlarda gecə 5-10, gündüz 13-18, bəzi yerlərdə 20-23 dərəcə isti olacaq. 

Tibbi-meteoroloji proqnoz: 

Aprelin 8-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da bəzi meteohəssas insanlar üçün əsasən əlverişlidir. 




111 dəfə oxunub.

Digər xəbərlər