Saytımızı qiymətləndirin


 
 

Şənbə günü 42 dərəcə isti olacaq
Tarix: 13-08-2021 | Saat: 12:29
Bölmə:Karusel / Gündəm | çapa göndər

Sabah 42 dərəcə isti olacaq - Modern.Az Azərbaycan və dünya xəbərləri

Bakıda və Abşeron yarımadasında avqustun 14-də hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Qarabaginfo.az-a verilən məlumata görə, şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 25-28° isti, gündüz 34-38° isti, Bakıda gecə 26-28° isti, gündüz 36-38° isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 60-70 %, gündüz 35-40 % olacaq.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, dolu düşəcəyi ehtimalı var. Şərq küləyi arabir güclənəcək.

Havanın temperaturu gecə 22-27° isti, gündüz 35-40° , bəzi yerlərdə 41-42° isti, dağlarda gecə 16-21° isti, gündüz 23-28° isti olacaq.



Xəbəri paylaş

270 dəfə oxunub.

Digər xəbərlər