Qarabağda ölənlərin sayı: Paşinyanın rəqəmləri Müdafiə Nazirliyinin məlumatları ilə uzlaşmır...
Tarix: 06-04-2021 | Saat: 11:38
Bölmə:Karusel / Qarabağ | çapa göndər
1428 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 06-04-2021 | Saat: 11:38
Bölmə:Karusel / Qarabağ | çapa göndər

Ermənistan Müdafiə Nazirliyi 31 mart 2021-ci il tarixinə qədər Dağlıq Qarabağdakı son müharibə zamanı ölənlərin sayını 3049 nəfər qeyd edir.
Baş nazir Nikol Paşinyan martın 20-də Ermənistanın Aragatsotn bölgəsində dedi ki, rəsmi təsdiqlənən ölü sayı 3250 nəfərdir. Üstəlik, onun sözlərinə görə, 189 valideyn DNT testi verib və cavab gözləyir. Məlum olur ki, Paşinyan 11 gün əvvəl, qeydə alınan ölü sayını 201 nəfər aşdığını bildirib.
Ermənistan Müdafiə Nazirliyi bildirir ki, 3049 rəqəmi həm hərbi qulluqçulara, həm də döyüş əməliyyatlarında könüllü iştirak edən mülki şəxslərə aiddir.
Məhkəmə ekspertizası isə 31 mart tarixinə 3723 cəsəd və qalıq üzərində məhkəmə tibbi ekspertizası aparıldığını bildirir. 238 cəsəd və qalıq nümunəsi isə isə hələ araşdırılır.
3723 nəfər erməninin məhkəmə tibbi ekspertizası, bu sayda ölü demək deyil, çünki ikiqat araşdırma halları var, əlavə olaraq bir araşdırmadan sonra qalıqların fərqli qırıqlarının eyni adama aid olduğu da ortaya çıxa bilər.
Bundan əlavə, Ermənistan Səhiyyə Nazirliyinin məlumatına görə, 31 mart tarixinə kimi məhkəmə-genetik ekspertizanın köməyi ilə 2302 ölü hərbçi və mülki şəxsin cəsədi və qalıqları müəyyənləşdirilib. Bu, eyni zamanda bu qədər insanın şəxsiyyətinin eyni prinsipə görə müəyyənləşdirildiyi anlamına gəlmir: qalıqların bir neçə parçası eyni adama aid ola bilər.
Ölənlərin cəsədinin yalnız məhkəmə tibbi ekspertizasına məruz qalması və valideynlər qohumlarını açıq şəkildə tanıdıqları üçün DNT müayinəsindən imtina etməsi halları da var.
Əlavə edək ki, qeyri-rəsmi məlumatlara görə, Ermənistan tərəfdən qurbanların sayı 4000-ə çatıb.
(moderator.az)
Xəbəri paylaş
Digər xəbərlər
13-07-2024, 09:51
Bu məktəbdə yoxlamalar aparıldı - Direktor işdən çıxarıldı
2-07-2026, 11:53
Paşinyan Ursula Fon der Lyayenlə görüşüb
19-07-2024, 12:10
Anar Rzayev: Bakıda velosiped yolları 50 km-ə çatdırılacaq
7-12-2022, 13:50
Daşkəsənə 13 sm qar yağıb - FAKTİKİ HAVA
3-11-2022, 12:24
Qiymətlər 21 faizdən çox artıb - NAZİR
23-02-2023, 11:58
Azərbaycan və Ermənistan nümayəndələrinin görüşü keçiriləcək
25-04-2025, 10:49
Amerika Erməniləri Milli Komitəsi Trampın “soyqırımı” ifadəsindən istifadə etməməsinə görə hiddətlənib
24-01-2020, 13:52
Umayra Tağıyeva: "Bakıda yerdə qar örtüyü olmayacaq"
15-03-2023, 16:35
Bu il Azərbaycanda amnistiya GÖZLƏNİLİR
16-05-2022, 23:06
Elxan Abdullayev: "Belə turnirlərdə iştirak etmək çox faydalıdır"

















