“Hər mövzuya mental yanaşırıq. Beynəlxalq təcrübəmiz yoxdu. Ona görə də məişət zorakılığı azalmır. Məsələn, ailədə övladın hörməti olmur. Niyə? Çünki dövlət ailənin qarşısına öhdəlik qoymur. “Ay insan, ay vətəndaş, bu adam təkcə sənin uşağın deyil, mənim vətəndaşımdır” mesajı vermir”.
Qarabaginfo.az xəbər verir ki, bunu yazıçı Aysel Əlizadə deyib
Aysel Əlizadə: "Harada, nə vaxt gəldi uşaq peydahlaya bilməzsən..."
Tarix: 03-04-2021 | Saat: 22:49
Bölmə:Karusel / Yazar | çapa göndər
“İngiltərədə bir azərbaycanlı ailənin övladı doğulmuşdu. Bir həftə sonra qapıları döyülür, Ailə, Uşaq Komitəsi təmtəraqla içəri daxil olur və bəyan edir: Övladınızın doğulması münasibəti ilə sizi təbrik edirik. Ancaq unutmayın, o, təkcə sizin uşağınız deyil, həm də kraliçanın nəvəsidi. Ailəyə uşaq pulu kəsilir, ilkin ehtiyaclar üçün tədbir görülür, valideynlərə yük düşmür və ailə dövlət qarşısında dərin məsuliyyət hiss edir. Niyə Qərbdə uşağı incidən ailə valideynlikdən məhrum edilir? Hər kəs dövlət qarşısında məsuliyyət hiss etsin deyə. Necə gəldi, harada, nə vaxt gəldi uşaq peydahlaya bilməzsən, onunla istədiyin kimi davranmaq haqqın yoxdur, törəyəcəksənsə, yüz ölçüb bir biçəcəksən. Bədbəxt insan sayı, məsuliyyətsizlik azalsın, ailə institutu möhkəmlənsin, qadınlar aldadılıb doğduqlarını zibilliyə atmağa məcbur qalmasınlar, bir övladına baxmayan kişi təzədən başqa uşaq dünyaya gətirməsin deyə bunlar əsrlərcə yaşanan sorunların nəticəsi olaraq düşünülüb, qanunlaşıb. Qanun adətə çevrilib. Biz isə hüquqa el deyimi ilə yanaşırıq: Uşağın biri qaydadı, ikisi cana faydadı. Üçü nəhsdi, dördü bəsdi. Çıxdın beşə, vur on beşə. Belə olmur, əziz. Uşaq pulu təkcə “uşaq pulu” deyil. Dövlətin “bu təkcə sənin yox, kraliçanın nəvəsidir” fikrini beyinlərə döyən siyasi aktıdı. Dövlətçilikdi, əziz, dövlət deməkdir...”
1504 dəfə oxunub.
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
25-02-2022, 10:47
“Kanal S.az”ın əməkdaşları saxlanılıb
17-04-2025, 23:20
İranın XİN başçısı Putinə Xameneinin məktubunu təqdim edib
18-07-2025, 13:25
Azərbaycanlı müəllim Mədinədəki Bəqi qəbiristanlığında dəfn edildi
27-12-2022, 16:54
Adil Qeybulla Bəxtiyar Hacıyevi müayinə etdi
23-06-2025, 17:12
İsrail müharibəni dayandırır- ABŞ İrana mesaj göndərdi
14-07-2023, 15:36
Kreml Şoyqunu xəyanətdə ittiham edən generalla bağlı danışmaq istəmədi
12-05-2026, 11:18
ADSEA-nın rəqəmsal xidmətləri “mygov” platformasına inteqrasiya edilir
23-05-2025, 22:41
ABŞ məhkəməsi Trampın Harvard Universitetinə əcnəbi tələbələri qəbul etmə qadağasını bloklayıb
29-06-2022, 10:11
İlham Əliyev Türkmənistana getdi
7-06-2024, 21:01
Rusiya Prezidenti nüvə silahından istifadənin mümkünlüyündən danışıb