Saytımızı qiymətləndirin


 
 

Moskva Dövlət Beynəlxalq Əlaqələr Universitetinə tələbə qəbulu elan edilib
Tarix: 02-04-2021 | Saat: 17:30
Bölmə:Karusel / Gündəm / Təhsil | çapa göndər

Moskva Dövlət Beynəlxalq Əlaqələr Universitetinə tələbə qəbulu elan edilib

2021/2022-ci tədris ili üçün Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Əlaqələr Universitetinə Azərbaycan Respublikası vətəndaşları üçün tələbə qəbulu elan edilib. 

Dövlət İmtahan Mərkəzindən Qarabaqinfo.az-a verilən xəbərə görə, Müsabiqədə iştirak etmək istəyən abituriyentlər 5 – 9 aprel 2021-ci il tarixlərində tələb olunan sənədləri info@dim.gov.az elektron poçt ünvanına göndərməklə qeydiyyatdan keçməlidirlər. 

Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Əlaqələr Universitetində Azərbaycan Respublikası vətəndaşlarının təhsil alması üçün bakalavriat səviyəsi üzrə 3 yer ayrılıb. 

Müsabiqədə iştirak etmək hüququna orta məktəbin rus bölməsini bitirən, 2021-ci il iyulun 30-dək 19 yaşı tamam olmayan, attestat qiymətləri (cari ilin məzunlarının yarımillik qiymətləri) 4 və 5 olan, II ixtisas qrupu üzrə sənəd verəcək şəxslərin attestatında riyaziyyat, rus dili və xarici dil fənləri, III ixtisas qrupu üzrə sənəd verəcək şəxslərin isə attestatında rus dili və xarici dil fənləri üzrə yarımillik qiyməti 5 olan Azərbaycan Respublikasının vətəndaşları malikdirlər.

Qeydiyyatdan keçmiş və sənədləri qəbul edilmiş abituriyentlərin nəzərinə çatdırırıq ki, onların buraxılış imtahanı (əvvəlki illərin məzunları üçün qəbul imtahanının 1-ci mərhələsi ) 2021-ci il aprel ayının 15-də keçiriləcək.

Ali təhsil müəssisəsinin tələbəsi və ya məzunu olan şəxslər bu müsabiqədə iştirak etmək hüququna malik deyillər.

Müsabiqədə iştirak etmək istəyənlər üçün Dövlət İmtahan Mərkəzi tərəfindən 19 aprel 2021-ci il tarixində onlayn müsahibə keçiriləcək.

Abituriyentlər müsabiqədə beynəlxalq münasibətlər, regionşünaslıq, iqtisadiyyat, hüquqşünaslıq, jurnalistika, reklam və ictimaiyyətlə əlaqələr, politologiya, dövlət və bələdiyyə idarəetməsi, ticarət işi ixtisaslarından biri üzrə iştirak edə bilərlər.

Abituriyent kimi göstəriciləri ən yüksək olan və onlayn müsahibədən uğurla keçən 3 nəfərin namizədliyi MDBƏİ-yə ödənişsiz təhsil forması üzrə təhsil alması üçün təqdim olunacaq.

İkinci mərhələ MDBƏİ tərəfindən Moskva şəhərində keçiriləcək. Bu mərhələdə abituriyentlər seçdikləri fakültədən asılı olmayaraq rus və əlavə bir xarici dil üzrə müsabiqədən kənar test imtahanında iştirak etməlidirlər.




124 dəfə oxunub.

Digər xəbərlər