Saytımızı qiymətləndirin


 
 

Qriqoryan: "Ermənistan Türkiyəyə münasibətinə düzəliş etməlidir"
Tarix: 28-03-2021 | Saat: 15:19
Bölmə:Karusel / Region | çapa göndər

 

Qriqoryan: Ermənistan Türkiyəyə münasibətinə düzəliş etməlidir

“Ermənistan Türkiyəyə yanaşmasına düzəlişlər edib, tənzimlənməlidir”.

Qarabaginfo.az "Report"a istinadən xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan yerli “İctimai Televiziya”ya müsahibəsində bildirib.

Teleaparıcının “Türkiyə artıq Ermənistan üçün düşmən dövlət deyil" sualına cavabında katib deyib:

“Əgər bölgənin kommunikasiyasını blokdan çıxarırıqsa, onda yanaşmalarımızda müəyyən düzəlişlər edilməlidir. Biz bu istiqamətdə işləyirik”.

Armen Qriqoryan məsələ ilə bağlı aydınlaşdırıcı daha bir suala cavab olaraq qeyd edib: “Türkiyədən heç bir təhlükənin gəlmədiyini birmənalı söyləmək səhv olardı, ancaq bölgədəki ümumi proseslər başqa imkanlar da açır”.

O deyib ki, müharibədən sonra bölgədə böyük dəyişikliklər baş verib və nəqliyyat kommunikasiyalarının blokdan çıxarılması prosesi intensiv mərhələyə qədəm qoyub:

“Biz hesab edirik ki, blokdan çıxma yalnız Azərbaycana aid olmamalıdır. Buna daha geniş regional yanaşma lazımdır. Bunun üçün imkanların olduğunu düşünürük”.

O, hazırda Türkiyə ilə birbaşa dialoqun olmadığı ilə razılaşsa da, əlavə edib ki, iki ölkə nümayəndələrinin açıqlamaları bölgədə kommunikasiyaların blokdan çıxarılması ehtimalının olduğunu göstərir.



Xəbəri paylaş

1300 dəfə oxunub.

Digər xəbərlər