Saytımızı qiymətləndirin


 
 

Sülhməramlılar Qarabağda humanitar aksiya KEÇİRDİ
Tarix: 26-03-2021 | Saat: 10:13
Bölmə:Karusel / Gündəm | çapa göndər

"Rusiya sülhməramlı kontingenti Dağlıq Qarabağ ərazisində tapşırıqları yerinə yetirməyə davam edir".

 

Qarabaginfo.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin (MN) Dağlıq Qarabağ münaqişəsi zonasında Rusiya sülhməramlı kontingentinin fəaliyyəti barədə məlumatında bildirilir.

 

"İyirmi yeddi müşahidə məntəqəsində Rusiya sülhməramlıları vəziyyəti gecə-gündüz izləyir və atəşkəs rejiminə əməl olunmasına nəzarət edirlər.

Atəşkəs bütün təmas xəttində müşahidə olunur", - deyə açıqlamada qeyd olunub.

 

Bildirilib ki, Rusiya sülhməramlı kontingentinin nümayəndələri vətəndaşların təhlükəsiz hərəkətini və mülki infrastrukturun bərpasını təmin edir və əhaliyə humanitar yardım göstərir:

 

"Rus sülhməramlıları, Rusiya Humanitar Missiyası, "Doktor Liza" və "Yaxşılığa Tələs" xeyriyyə fondları ilə birlikdə Xanabad və Noraqyux (Təzəbinə) yaşayış məntəqələrində iki humanitar aksiya keçirib və bu müddət ərzində 6 tondan çox humanitar yardım yerli sakinlərə təhvil verilib".

 

Məlumata görə, Humanitar Minalardan Təmizləmə Mərkəzinin minalardan təmizləmə qrupları Dağlıq Qarabağ ərazilərinin minalardan təmizlənməsi üzrə işlərini davam etdirirlər. Belə ki, martın 25-də - gün ərzində 15 hektar ərazi, 3 km yol təmizlənib, 5 partlayıcı maddə aşkar edilib, 7 bina yoxlanılıb. Ümumilikdə, 23 noyabr 2020-ci ildən bəri, 1785 hektar ərazi, 552 km yol, 30 sosial əhəmiyyətli obyekt daxil olmaqla 1625 yaşayış binası partlamamış hərbi sursatlardan təmizlənib, 25 361 partlayıcı maddə aşkar edilərək zərərsizləşdirilib.

 

"Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasında baş verə biləcək hadisələrin qarşısını almaq üçün səyləri koordinasiya etmək üçün Azərbaycan və Ermənistan silahlı qüvvələrinin baş qərargahları ilə davamlı qarşılıqlı əlaqə saxlanılır", - deyə Rusiya MN-dən bildirilib.



Xəbəri paylaş

1317 dəfə oxunub.

Digər xəbərlər