Cəbrayılda qanunsuz tikili söküldü, ermənilər "...irsimiz dağıldı", deyə fəryad edirlər - FOTO
Tarix: 26-03-2021 | Saat: 10:00
Bölmə:Karusel / Qarabağ | çapa göndər
1455 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 26-03-2021 | Saat: 10:00
Bölmə:Karusel / Qarabağ | çapa göndər

Ermənilər bu gün azad olunmuş Cəbrayıl rayonunda qeyri-qanuni tikilinin sökülməsi ilə bağlı tipik həyasızlıqla hay-küy salıblar.
Ermənistan mətbuatı utanmadan bunu “erməni mədəni irsinin dağıdılması” kimi təqdim edir. Ancaq özləri də bu kilsənin vaxtilə hərbçilər üçün qurulduğunu etiraf edirlər.
Onların özlərinin yazdığına görə, ermənicə “Surb Astvatsatsin” deyə adıandırılan bu “məbəd” işğal olunmuş ərazilərdə xidmət edən əsgərlərin köməyi ilə tikilib.
“Kilsə”nin tikilməsi ideyası ermənilərin hələ də “Mexakavan” deyə yazdıqları Cəbrayılda yerləşən hərbi hissənin keşişi Gevorq Abyan tərəfindən 2012-ci ildə verilib. Kilsənin tikintisi 2017-ci ildə başa çatdırlıb.
“Zabit və əsgərlər birlikdə bu kilsənin tikintisində iştirak ediblər. Ələ keçən hər vəsait, pul bu işə xərclənib. Hər bir daş sevgi ilə yerinə qoyulub”,-deyə Gevorq Abyan danışıb.
Maraqlıdır, bu “din adamı” erməni vandallarının xarabaya çevirdikləri Cəbrayıldakı evlərin daşlarının hansı “sevgi” ilə söküldüyünü, qədim Azərbaycan yurdunun viranə qoyulmasını necə izah edərdi?

Üstəlik, bu kilsə işğalçı hərbçilər tərəfindən və hərbçilər üçün tikildiyinə görə burada hansı “mədəni irsdən” danışmaq olar?
Azərbaycan heç bir halda öz ərazisində işğal simvollarının qalmasına icazə verə blməzdi və bu səbəbdən həmin qanunsuz tikili də işğalçılar kimi ortadan qaldırılmalı idi...(Musavat.com)
Xəbəri paylaş
Digər xəbərlər
4-05-2026, 10:17
Uitkoff: ABŞ hələ də İranla danışıqlar aparır
1-10-2021, 14:55
Səyyad Əlizadə Füzulidə dəfn olunub
21-11-2023, 17:13
Polşada Qarabağ xanlığı haqqında kitab təqdim edilib
3-05-2022, 16:45
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
20-04-2022, 04:34
Pentaqon: Ukrayna digər ölkələrdən təyyarə və tanklar alıb
18-06-2026, 20:45
“Odur ki, yenidən borc götürməyə başladıq”
9-12-2021, 14:49
Xəzər sahilində təyyarə yerə çırpılıb - Xəsarət alanlar var
6-07-2021, 12:56
“Azərsu” deputat Musa Quliyevə cavab verib
19-01-2022, 17:08
Keçmiş məhkum Neftçalada marketi dağıtdı - ANBAAN VİDEO
4-04-2019, 10:10
Netanyahu Moskvadadır


















