Ana Sayfa > Karusel / Qarabağ > Cəbrayılda qanunsuz tikili söküldü, ermənilər "...irsimiz dağıldı", deyə fəryad edirlər - FOTO

Cəbrayılda qanunsuz tikili söküldü, ermənilər "...irsimiz dağıldı", deyə fəryad edirlər - FOTO


26-03-2021, 10:00. Yazar: Admin
Cəbrayılda qanunsuz tikili söküldü, ermənilər
Ermənilər bu gün azad olunmuş Cəbrayıl rayonunda qeyri-qanuni tikilinin sökülməsi ilə bağlı tipik həyasızlıqla hay-küy salıblar.
 
Ermənistan mətbuatı utanmadan bunu “erməni mədəni irsinin dağıdılması” kimi təqdim edir. Ancaq özləri də bu kilsənin vaxtilə hərbçilər üçün qurulduğunu etiraf edirlər.
 
Onların özlərinin yazdığına görə, ermənicə “Surb Astvatsatsin” deyə adıandırılan bu “məbəd” işğal olunmuş ərazilərdə xidmət edən əsgərlərin köməyi ilə tikilib.
 
“Kilsə”nin tikilməsi ideyası ermənilərin hələ də “Mexakavan” deyə yazdıqları Cəbrayılda yerləşən hərbi hissənin keşişi Gevorq Abyan tərəfindən 2012-ci ildə verilib. Kilsənin tikintisi 2017-ci ildə başa çatdırlıb.
 
“Zabit və əsgərlər birlikdə bu kilsənin tikintisində iştirak ediblər. Ələ keçən hər vəsait, pul bu işə xərclənib. Hər bir daş sevgi ilə yerinə qoyulub”,-deyə Gevorq Abyan danışıb.
 
Maraqlıdır, bu “din adamı” erməni vandallarının xarabaya çevirdikləri Cəbrayıldakı evlərin daşlarının hansı “sevgi” ilə söküldüyünü, qədim Azərbaycan yurdunun viranə qoyulmasını necə izah edərdi?
 
 
Üstəlik, bu kilsə işğalçı hərbçilər tərəfindən və hərbçilər üçün tikildiyinə görə burada hansı “mədəni irsdən” danışmaq olar?
 
Azərbaycan heç bir halda öz ərazisində işğal simvollarının qalmasına icazə verə blməzdi və bu səbəbdən həmin qanunsuz tikili də işğalçılar kimi ortadan qaldırılmalı idi...(Musavat.com)

Geri dön