Saytımızı qiymətləndirin


 
 

Pentaqon: KXDR-in raket sınağı təhlükəlidir
Tarix: 25-03-2021 | Saat: 08:36
Bölmə:Karusel / Dünya | çapa göndər

 

Pentaqon: KXDR-in raket sınağı təhlükəlidir

Koreya Xalq Demokratik Respublikasının raket sınağı qonşu ölkələr və dünya ictimaiyyəti üçün təhlükə törədir.

Qarabaginfo.az xəbər verir ki, bu barədə ABŞ-ın Silahlı Qüvvələrinin Hind-Sakit okean komandanlığından bildirilib.

"Koreya Xalq Demokratik Respublikasının bu səhər raket sınağı bizə məlumdur. Biz vəziyyəti izləməyə davam edəcəyik və müttəfiqlərimizlə, tərəfdaşlarımızla sıx məsləhətləşmələr aparırıq. Bu fəaliyyət KXDR-in qanunsuz silah proqramının qonşu ölkələrə və beynəlxalq ictimaiyyətə təhlükə yaratdığını vurğulayır", - Hind-Sakit Okean Komandanlığının sözçüsü Mayk Kafka TASS-a bildirib.

"ABŞ-ın Cənubi Koreya və Yaponiyanın müdafiəsinə sadiqliyi sarsılmaz qalır", - komandanlığın nümayəndəsi vurğulayıb.

Daha əvvəl Yaponiyanın baş naziri Yosihide Suqa bildirib ki, Koreya Xalq Demokratik Respublikası ilk dəfə ötən ilin 29 martından sonra ballistik raketləri işə salıb. Hökumət başçısı Pxenyanın bu hərəkətlərini Yaponiya və regionun təhlükəsizliyi üçün təhdid adlandırıb. Baş nazir qeyd edib ki, raket sınaqları BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinin pozulmasıdır.



Xəbəri paylaş

1291 dəfə oxunub.

Digər xəbərlər

Bu gün, 14:45Tofiq Hüseynov - 70