“10 uşaq doğmaq bəlkə də qəhrəmanlıq deyil, amma əkiz oğlunu şəhid verən ana bu statusu ala bilər...”
Tarix: 20-03-2021 | Saat: 20:34
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər
1440 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 20-03-2021 | Saat: 20:34
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər

Xəbər verdiyimiz kimi Xalq yazıçısı Çingiz Abdullayev vətənə layiqli övlad böyüdən anaları fərqləndirmək üçün “Şəhid anası” fəxri döş nişanının təsis edilməsi təklifi ilə çıxış edib.
Bəs görən yazıçı, millət vəkili Aqil Abbas bu təklifi Milli Məclisdə qaldırmağı düşünürmü?
Qarabaginfo.az xəbər verir ki, Moderator.az-ın sualını cavablandıran A.Abbas Milli Məclisin növbəti iclasında Ç.Abdullayevin bu təklifinə dəstək olacağını bildirib:
“Fikrim var ki, Milli Məclisin növbəti iclasında bu məsələni qaldırım. Vaxtilə 10 uşağı olan qadınlara “Qəhrəman ana” ordeni verirdilər və onların müəyyən imtiyazları var idi. 8 uşağı olan qadınlara da orden verirdilər, çünki yadımdadır anama da bu ordeni vermişdilər. Ana nənəmin və bir də bibimin 10 uşağı var idi və onlar da “Qəhrəman ana” ordeni almışdılar. Ç.Abdullayev də bunu qeyd edib. Elə analarımız var iki və hətta üç oğlu müharibədə şəhid olub. Qəhrəman ana bəs necə olur? 10 uşaq doğmaq bəlkə də qəhrəmanlıq deyil, amma əkiz və üç uşağını müharibəyə göndərmək və şəhid verməyə görə şəhid anası gözəl bir status ala bilər. Mən bu təklifi alqışlayıram və düşünürdüm ki, bu haqda bir məqalə də yazıb Çingiz Abdullayevi dəstəkləyim”.
Xəbəri paylaş
Digər xəbərlər
9-04-2024, 10:59
Abşeronda iki maşın toqquşub, xəsarət alanlar var
26-04-2023, 13:44
NATO Rusiya qırıcılarını ələ keçirdi
16-01-2022, 21:53
AMB: Bu il Avropa İttifaqında 2% inflyasiya gözlənilir
12-10-2026, 20:30
DTX avtomobilləri qəsdən yandıranları həbs etdi
26-07-2023, 16:06
“ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmətlərin sayı artırılıb
31-05-2025, 10:18
Tramp: ABŞ tezliklə İranla razılıq əldə edə bilər
17-02-2022, 10:28
BQXK I Qarabağ müharibəsində itkin düşənlərin ailələrindən 793 bioloji nümunə götürüb
9-10-2022, 12:59
Maks Ferstappen ikinci dəfə dünya çempionu olub

















