Saytımızı qiymətləndirin


 
 

Polad Bülbüloğlu Lavrova təşəkkür məktubu göndərib
Tarix: 12-03-2021 | Saat: 12:39
Bölmə:Karusel / Gündəm | çapa göndər

Polad Bülbüloğlu: "Şuşadakı ata evimə qayıtmaq istəyirəm, vəssalam"

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Rusiyanın xarici işlər nazirini Sergey Lavrova təşəkkür məktubu göndərib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə bu gün Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinqdə bildirib.

Rusiyada akkreditə olunan xarici diplomatların və onların ailə üzvlərinin koronavirusa qarşı peyvənd olunması prosesindən danışan M. Zaxarova deyib ki, Rusiya bunu beynəlxalq hüquqi sənədlərə və diplomatik işin norma və ənənələrinə uyğun olaraq həyata keçirir: “Nəzərinizə çatdırım ki, artıq bir çox xarici diplomat koronavirusa qarşı Rusiya vaksini ilə peyvənd olunub. Onu da bildirim ki, Rusiya xarici işlər naziri Sergey Lavrovun ünvanına Azərbaycan səfiri Polad Bülbüloğlu adından təşəkkür məktubu daxil olub. Xatırladım ki, Polad Bülbüloğlu Moskvadakı diplomatik korpusun duayenidir. Təşəkkür məktubunda qeyd olunur ki, Rusiya Xarici İşlər Nazirliyinin təşəbbüsü dərin hörmətə layiqdir və bütün diplomatik korpus tərəfindən yüksək qiymətləndirilir”.



Xəbəri paylaş

1346 dəfə oxunub.

Digər xəbərlər