“Ermənistan 2 “İskəndər” atsaydı, Azərbaycan 200 raketlə İrəvanı külə döndərərdi...”
Tarix: 10-03-2021 | Saat: 12:03
Bölmə:Karusel / Region | çapa göndər
1417 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 10-03-2021 | Saat: 12:03
Bölmə:Karusel / Region | çapa göndər

“Azərbaycan ordusu cəmi 30 dəqiqə ərzində bizim ön mövqelərdəki qüvvələrimizi vurub sıradan çıxardı...”
“Ermənistanın eks-prezidenti Serj Sərkisyan baş nazir Paşinyanı son müharibə zamanı Azərbaycana “İskəndər” raketləri atmamaqda qınayır. O hesab edir ki, müharibənin 4-cü günü düşmənin hərbi obyektləri “İskəndər”lərlə vurulmalı idi...”
Bu sözləri Ermənistan Müdafiə Nazirliyinin təminat işləri üzrə keçmiş müavini general-leytenant Qagik Melkonyan işğalçı ölkənin “1-ci” telekanalına müsahibəsində söyləyib.
Qarabaginfo.az xəbər verir ki, bu haqda Moderator.az-a erməni dilini mükəmməl bilən və Ermənistan mediasını mütəmadi izləyən sabiq deputat Maksim Musayev danışıb.
Erməni general söhbətinin davamında Serjik Sərkisyanı hələ 2016-cı il aprel döyüşlərində olduğu kimi, son 44 günlük savaşda da Azərbaycanın hərbi potensialını düzgün qiymətləndirməməkdə qınayaraq belə deyib:
“Serjik bilmir ki, əgər Ermənistan Azərbaycana 2 “İskəndər” atsaydı, Azərbaycan yalnız Naxçıvan istiqamətindən 200 raket atmaqla İrəvanı külə döndərərdi... Mən özüm də 44 günlük müharibədə iştirak etmişəm. Və Azərbaycan ordusunun bizimkindən dəfələrlə yüksək hazırlığının şahidi oldum. Azərbaycanın raket, artilleriya və aviasiya qüvvələri cəmi 30 dəqiqə ərzində bizim ön mövqelərdəki qüvvələrimizi vurub sıradan çıxardı...”
Xəbəri paylaş
Digər xəbərlər
26-02-2024, 12:09
Xocalıdakı kütləvi məzarlıqdan Natiq Qasımovun meyiti aşkar edilibmi?- Dövlət Komissiyası açıqladı
16-01-2024, 12:18
Prezident Lənkəranda “ASAN xidmət” mərkəzinin açılışını edib
3-06-2026, 12:15
NATO Baş katibi gözlənilmədən Ukraynaya səfər edib
10-02-2026, 15:43
Rəşad İsmayılov ekologiya və təbii sərvətlər naziri təyin edilib
10-09-2022, 23:12
Əvəz Zeynallı bu maddə ilə ittiham edilir
11-10-2022, 20:47
Azərbaycan Prezidenti: "Bizim “Azersky” və “Azerspace-1” peyklərimiz Qırğız tərəfdaşlarımıza xidmətlər göstərir"
16-12-2025, 13:57
Peskov: Rusiya Ukraynada atəşkəs yox, uzunmüddətli sülh istəyir
1-02-2022, 10:18
“Qızılağac“da balıqları “tok“a verən şəxs tutuldu
3-07-2025, 14:58
Ermənistan Şanxay Əməkdaşlıq Təşkilatına üzv olmaq istəyir















