“Bu gün Arəstə xanımı ziyarət edib, qara daşıyla dərdləşdim...”
Tarix: 08-03-2021 | Saat: 14:33
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər
1478 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 08-03-2021 | Saat: 14:33
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər

“Gözlərimdən yaş gəldi. Amma şəhirlər üçün ağlamağa belə Allah icazə vermir. Çünki onların məkanı cənnətdir”
Qarabaginfo.az xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında Əməkdar artist Firuzə İbadova deyib. F.İbadova bu gün şəhid qadınlarımızı ziyarət etdiyini bildirib:
“Bu gün heç ürəyim açılmır. Bayram kimi bunu keçirmək istəmirəm. Çünki indi şəhidlərimizi ziyarətdən gəlirəm. Vətən müharibəsində şəhid olan tibb bacısı Arəstə Baxışovanın məzarını ziyarət etdik. Arəstə xanımın məzarı başında onunla danışdım, qara daşıyla dərdləşdim. Çünki onun məqamı çox ucadır, yerləri cənnət məkandır. Gözlərimdən yaş gəldi. Amma şəhirlər üçün ağlamağa belə Allah icazə vermir. Çünki onların məkanı cənnətdir.
Mən böyük sənətkarlarımızı, qadınlarımızı təbrik edirəm. Azərbaycan qadını müharibədə də çox böyük fədakarlıq göstərdi. Bu gün məhz həmin qadınların günüdür. Məsələn, o fədakar qadınlardan biri bizim hörmətli millət vəkilimiz Qənirə xanım Paşayevadır. Gecə-gündüz insanların arasındadır, onlara kömək edir. Zərifə xanım Quliyeva da çox mühüm peşənin ziyalı xanımıdır. Zeynəb xanım Xanlarovanı, Səkinə xanımı, Mələkxanımı, Aygün Bayramovanı, Aybəniz Haşımovanı, Nuriyyə Hüseynovanı, Almaz Orucovanı, Nisə Qasımovanı, Almaz Ələsgərovanı, Zöhrə Abdullayevanı, Nazpəri xanımı və digər sənətkarlarımızı təbrik edirəm. Bu siyahını çox uzatmaq olar. Bu gün Ceyran xanım Haşımovanın doğum günüdür, bu münasibətlə onu da təbrik edirəm”.
Xəbəri paylaş
Digər xəbərlər
27-10-2021, 17:07
Azərbaycan-Türkiyə birliyi möhkəmlənməkdə davam edir: Anar Məmmədov
5-08-2022, 10:44
Hərbçimizi əsgər yoldaşı qətlə yetirib - YENİLƏNİB
12-07-2023, 16:37
Blinken Paşinyanla söhbətindən YAZDI: Azərbaycanla sülh üçün...
24-12-2021, 18:26
Gürcüstan parlamentinin sədri istefa verdi
18-01-2022, 23:33
Leyla Abdullayeva Fransa XİN başçısının çıxışına münasibət bildirib
11-10-2022, 16:42
Toy aparıcıları, bərbər və dərzilər, taksi sürücüləri 12 manat tibbi sığorta haqqı ödəyəcəklər
5-08-2025, 16:02
Aİ ABŞ-a qarşı cavab tariflərini ləğv edib
Bu gün, 19:14
Prezident: Biz mülki şəxslərə qarşı heç vaxt müharibə aparmamışıq, bu, xalqımızın mentalitetinə ziddir



















