Tarix: 26-01-2023 | Saat: 15:25
Bölmə:Karusel / Gündəm | çapa göndər
2022-ci ildə mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2021-ci illə müqayisədə 1,5 dəfə artaraq 2647,1 min olub.
Bu barədə Qarabaqinfo.az-a Dövlət Statistika Komitəsindən məlumat verilib.
Bildirilib ki, gecələmələrin 55,1 faizi Bakıda, 6,5 faizi Qəbələdə, 5,8 faizi Qubada, 4,9 faizi Xaçmazda, 4,1 faizi Qusarda, 3,8 faizi Şabranda, 3,6 faizi Lənkəranda, 3,2 faizi Naftalanda, 2,3 faizi Naxçıvan Muxtar Respublikasında, 1,1 faizi İsmayıllıda, 1,0 faizi Şamaxıda, 0,8 faizi Qaxda, 0,8 faizi Gəncədə, 0,7 faizi Şuşada, 0,7 faizi Masallıda və 5,6 faizi digər şəhər və rayonlardakı mehmanxanalarda (hotellərdə) və mehmanxana tipli obyektlərdə qeydə alınmışdır.
Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin keçirdiyi gecələmələrin sayı 2021-ci illə müqayisədə 3,4 dəfə artaraq 1394,1 min olmuşdur ki, bu da ümumi gecələmələrin 52,7 faizini təşkil edir. Gecələmələrin 16,5 faizi Səudiyyə Ərəbistanı, 12,6 faizi Rusiya Federasiyası, 10,5 faizi Birləşmiş Ərəb Əmirlikləri, 8,6 faizi Türkiyə, 5,2 faizi Hindistan, 3,9 faizi Küveyt, 3,9 faizi İsrail, 3,4 faizi ABŞ, 3,0 faizi Böyük Britaniya, 2,5 faizi Pakistan, 1,7 faizi Qazaxıstan, 1,5 faizi Almaniya, 1,3 faizi Özbəkistan, 1,3 faizi Qətər, 1,2 faizi Gürcüstan,1,1 faizi İtaliya, 0,9 faizi İran, 0,8 faizi Oman, 0,7 faizi Çin, 0,6 faizi Ukrayna, 0,6 faizi Niderland, 18,2 faizi isə digər ölkələrin vətəndaşlarının payına düşüb.
Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin keçirdiyi gecələmələrin 79,6 faizi Bakıda, 7,2 faizi Qəbələdə, 4,0 faizi Qubada, 3,4 faizi Qusarda, 2,6 faizi Naftalanda, 0,7 faizi Şabranda, 0,6 faizi Naxçıvan Muxtar Respublikasında, 1,9 faizi isə digər şəhər və rayonlardakı mehmanxanalarda qeydə alınıb.
Azərbaycan Respublikası vətəndaşlarının keçirdiyi gecələmələrin sayı 1253,0 min olmuşdur ki, bu da ümumi gecələmələrin 47,3 faizini təşkil edir.
2022-ci ildə mehmanxana (hotel) və mehmanxana tipli obyektlərin gəlirləri 2021-ci illə müqayisədə 1,7 dəfə artaraq 355,3 milyon manat olmuşdur ki, onun da 59,6 faizi nömrələrin (otaqların) təqdim olunması üzrə xidmətlərdən, 28,4 faizi ictimai iaşə xidmətlərindən, 3,0 faizi müalicə və sağlamlıq xidmətlərindən, 9,0 faizi isə digər xidmətlərin göstərilməsindən əldə edilib.
2022-ci ildə mehmanxana (hotel) və mehmanxana tipli obyektlərin birdəfəlik tutumundan istifadə 15,7 faiz səviyyəsində olub (2021-ci ildə 11,1 faiz). Bu göstərici Şabranda 80,1 faiz, Naftalanda 37,6 faiz, Qubada 27,8 faiz, Beyləqanda 26,2 faiz, Lənkəranda 24,1 faiz, Bakıda 23,8 faiz, Ağcabədidə 20,0 faiz, Qəbələdə 19,7 faiz, Şuşada 16,7 faiz, Sabirabadda 16,2 faiz, digər şəhər və rayonlarda isə ölkə üzrə orta göstəricidən aşağı olub.Apa
Digər xəbərlər