Saytımızı qiymətləndirin


 
 

Həbsdə olan qazi azadlığa buraxılıb
Tarix: 05-03-2021 | Saat: 16:20
Bölmə:Karusel / Sosial | çapa göndər

 

Həbsdə olan qazi azadlığa buraxılıb

Bu gün Şirvan Apelyasiya məhkəməsində Müharibədən əvvəl oğurluqda təqsirləndirilən qazi Aydın Ağzadənin məhkəmə qərarından dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protestinə baxılıb.

Qarabaginfo.az xəbər verir ki, hakim Rafiq Cəfərovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, prokurorun apellyasiya protesti təmin edilib, Cəlilabad rayon sakini Ağazadə Aydın Nəbi oğlu azadlığa buraxılıb.

Cəlilabad rayon məhkəməsinin 2 fevral 2021-ci il tarixli hökmü ilə Aydın Ağazadə Cinayət Məcəlləsinin 234.2 (satış məqsədilə narkotik maddələri daşıma), 177.2.1 (oğurluq; qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) və 177.2.3-cü (oğurluq; yaşayış sahəsinə qanunsuz daxil olmaqla törədildikdə) maddələri ilə təqsirləndirilərək 4 il 3 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdi.



Xəbəri paylaş

1330 dəfə oxunub.

Digər xəbərlər