Saytımızı qiymətləndirin


 
 

Azərbaycanla Türkiyə “Erməni məsələsi”ni birdəfəlik qapadacaq
Tarix: 03-03-2021 | Saat: 11:56
Bölmə:Karusel / Gündəm | çapa göndər



Elçin Alıoğlu

Dünən bir neçə erməni siyasi analitik və siyasi elmlər üzrə mütəxəssislə danışmalı oldum. Praqmatiklərdir və rasional təfəkkür daşıyıcılarıdır.

Üstəlik, ifrat erməni millətçiləridir və Ermənistanla ermənilərin maraqlarını istənilən mənafedən üstün tutduqlarını etiraf edirlər.

Çox maraqlı bir ifadəni bu və digər formada söylədilər:

"Azərbaycanla Türkiyə ermənlərin Cənubi Qafqazdakı tarixlərinin son səhifələrini yazırlar".

Və bu, gerçəkdən də belədir.

Ermənistan bir dövlət kimi tam kollapsdadır. Tarixdə oxşar hallar çoxdur, sadalamaq istəməm. Sadəcə, yazım ki, tam süni yaradılmış ölkə olan, Livan və ya Belçika təki böyük dövlətlərin istəyi ilə yaradılan formasiyadan başqa heç nə olmayan Ermənistanın gələcəyini görmürəm.

Bütün qonşulara dərin nifrətlə yaşayan, zaman və maraqdan asılı olaraq həmin nifrəti seçkili formada pərdələməyə çalışan "Hayasa", yəni "ermənilik" sonucu bəribaşdan bəlli olan məğlubiyyətli oyundur.

Ermənilər istədikləri qədər "qisas", "revanş" və s.-dən danışa bilərlər.

Onlar əla anlayırlar ki:

1) Qarabağ bütünlüklə Azərbaycanındır - Xankəndi, Xocavənd, Əsgəran, Ağdərə və s. sadəcə, zamanla sözüləcək problemdir. Özü də yaxın perspektivdə

2) "Böyük Ermənistan" idefiksi 442 ildən bəri körüklənsə də, artıq puç olmaqdadır

3) Hər 100-110 ildən bir ermənilər tarixi, ağır dərs alırlar və daha da geri gedirlər

4) Azərbaycanla Türkiyə "Hay Dat"ı, yəni "Erməni məsələsi"ni birdəfəlik qapadacaqlar.

 



Xəbəri paylaş

1324 dəfə oxunub.

Digər xəbərlər