Saytımızı qiymətləndirin


 
 

Qadının əl-ayağını və ağzını bağlayaraq öldürənlər həbs edildi
Tarix: 26-02-2021 | Saat: 15:46
Bölmə:Karusel / Gündəm | çapa göndər

Qadının əl-ayağını və ağzını bağlayaraq öldürənlər həbs edildi

 

Şirvanda 52 yaşlı qadının əl, ayaq və ağzını bağlayaraq boğub öldürən şəxslər həbs edilib.

Şirvan şəhər prokurorluğundan Qarabaginfo.az-a verilən məlumata görə, fevralın 5-də səhər saatlarında şəhər ərazisində 1969-cu il təvəllüdlü Dadaşova Durna Həsən qızının əllərinin, ayaqlarının və ağız nahiyəsinin skoçla bağlı vəziyyətdə meyitinin yaşadığı evdə aşkar edilməsi faktı ilə bağlı Şirvan şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Durna Dadaşovanı qəsdən öldürməkdə şübhəli bilinən şəxslər tutularaq istintaqa cəlb olunublar.

İstintaqla 1993-cü il təvəllüdlü Surxay Seyfullayevin tanışı 1988-ci il təvəllüdlü Elçin Əhədovla qabaqcadan əlbir olan bir qrup şəxs halında fevralın 4-dən 5-ə keçən gecə saatlarında tamah məqsədi ilə E.Əhədovun qonşusu Durna Dadaşovanı boğaraq öldürmələrinə əsaslı şübhələr müəyyən edilib.

Surxay Seyfullayev və Elçin Əhədov şübhəli şəxs kimi tutularaq istintaqa cəlb olunublar.

Prokurorluq və polis əməkdaşları tərəfindən Elçin Əhədovun yaşadığı evə baxış keçirilib, onun evindən D.Dadaşovanın mənzilində olmuş müşahidə kamerasının yaddaş aparatı və digər maddi sübutlar aşkar edilərək cinayət-prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq müvafiq qaydada qablaşdırılaraq götürülüb.

Hazırda iş üzrə intensiv istintaq tədbirləri davam etdirilir.



Xəbəri paylaş

2305 dəfə oxunub.

Digər xəbərlər