Saytımızı qiymətləndirin


 
 

Bakıda yük maşını körpüdən aşıb - FOTO - VİDEO
Tarix: 18-01-2018 | Saat: 10:10
Bölmə:Karusel / Sosial | çapa göndər

Sürücü ağır xəsarət alıb

Bakının Binəqədi rayonu ərazisində bir nəfərin xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Qarabaginfo" “Report.az”a istinadəm xəbər verir ki, məlumatına görə, Bakı Dairəvi yolu ilə Sumqayıt istiqamətində hərəkətdə olan 10-AC-392 dövlət nömrə nişanlı sement daşıyan yük avtomobili döngəyə daxil olərkən sürət həddi yüksək olduğundan idarəetməni itirib. Yük maşını dəmir maneələrə çırpılaraq təxminən 6 metr hündürlükdən aşağıdakı yola düşüb. Hadisə zamanı sürücü ağır xəsarət alıb. Yaxınlıqdakı vətəndaşlar onu xəstəxanaya aparıb.

Hadisə yerinə DYP əməkdaşları gəliblər.

Qeyd edək ki, hadisə ilə əlaqədar Avtovağzaldan Biləcəriyə gedən yolda böyük tıxac yaranıb. 



Xəbəri paylaş

684 dəfə oxunub.

Digər xəbərlər
21-12-2021, 13:08 Dollar 12 lirəyə düşdü