Saytımızı qiymətləndirin


 
 

Bayram çərşənbələri və qeyri-iş günləri açıqlandı
Tarix: 10-02-2021 | Saat: 10:47
Bölmə:Karusel / Gündəm | çapa göndər

2021-ci ildə Novruz bayramında qeyri-iş günləri məlum olub.

 

Qarabaginfo.az xəbər verir ki, Nazirlər Kabinetinin 2021-ci il üçün Novruz bayramı günlərinin müəyyən edilməsi haqqında” qərarına əsasən, 2021-ci il martın 20, 21, 22, 23, 24-ü Novruz bayramı günləri müəyyən edilib.

 

2021-ci il martın 20-21-i həftənin şənbə və bazar günlərinə təsadüf etdiyindən, Əmək Məcəlləsinə əsasən iş və istirahət günlərinin yerləri dəyişdiriləcək. Beləliklə, martın 25-i və 26-sı da qeyri-iş günü olacaq.

 

Novruz bayramı ilə əlaqədar 7 gün ardıcıl (20, 21, 22, 23, 24, 25, 26 mart) iş olmayacaq.

 

Qeyd edək ki, Azərbaycanda bu il Novruz çərşənbələrinin qeyd olunacağı tarixlər də məlumdur. Bu il ilk – Su çərşənbəsi fevralın 23-nə təsadüf edəcək. Daha sonra martın 2-də Od, 9-da isə Yel çərşənbəsi olacaq.

 

Novruzun ilaxır – Torpaq çərşənbəsi isə martın 16-da qeyd ediləcək.

 

baku.ws

 



Xəbəri paylaş

1378 dəfə oxunub.

Digər xəbərlər
10-05-2022, 12:54 Sabahın hava proqnozu