Saytımızı qiymətləndirin


 
 

Şöbə müdiri: "Kür çayında suyun azalması fəsadlara səbəb oldu"
Tarix: 09-02-2021 | Saat: 16:40
Bölmə:Karusel / İqtisadiyyat | çapa göndər

 

Şöbə müdiri: Kür çayında suyun azalması fəsadlara səbəb oldu

"Kür çayının sululuğu ilə bağlı ötən il çətin dövr yaşadıq. Kür çayında suyun azalması müəyyən fəsadlara səbəb oldu. Görülən tədbirlər çərçivəsində əhali o qədər də çox çətinlik yaşamadı".

Qarabaginfo.az xəbər verir ki, bu fikirləri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su ehtiyatlarının idarə edilməsi şöbəsinin müdiri Mütəllim Əbdülhəsənov “Ekspert saatı”nda deyib.

Onun sözlərinə görə, Mingəçevir su anbarında Kür çayının səviyyəsi əvvəlki illə müqayisədə 1 metr 16 sm yüksək olub və bu da təxminən 5 milyon kubmetrə yaxın su deməkdir: “Yaz fəslinin gəlişini nəzərə alaraq çaylarda sululuğun artmasını gözləyirik. Kür çayının sululuğuna mütəmadi nəzarət olunur, çayın dinamikası öyrənilir və bu istiqamətdə tədbirlər davam etdirilir”. (Report)



Xəbəri paylaş

1303 dəfə oxunub.

Digər xəbərlər
4-04-2022, 16:26 Zelenski Buçaya gedib