Saytımızı qiymətləndirin


 
 

Bakıda əyani tədrisə cəlb olunacaq şagirdlərin sayı açıqlanıb
Tarix: 27-01-2021 | Saat: 12:52
Bölmə:Karusel / Təhsil | çapa göndər

Bakıda əyani tədrisə cəlb olunacaq şagirdlərin sayı açıqlanıb

 

“Bakıda 316 məktəb var, onlardan 308-i ümumtəhsil müəssisəsidir. Karantin rejiminin yumşalması ilə əlaqədar Nazirlər Kabinetinin qərarına əsasən, fevralın 1-dən əyani tədris prosesi başlayacaq”.

Qarabaqinfo.az-ın məlumatına görə, bunu media nümayəndələri üçün “Tədrisin ənənəvi formasının bərpası” mövzusunda keçirilən onlayn seminarda Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva bildirib.

Onun sözlərinə görə, fevralın 1-dən məktəbəqədər qruplar, ibtidai siniflər həftədə 3 dəfə əyani təhsilə keçə biləcəklər, sonrakı 2 həftə ərzində V-IX siniflər barədə qərar qəbul olunacaq: “Bakı məktəblərində monitorinq keçirilib, bütün təhsil müəssisələrinin karantin rejiminə riayət etməsi üçün lazım olan dezinfeksiya vasitələri ilə təmin olunması yoxlanılıb, atılacaq addımlar müəyyənləşib. Noyabrdan aprelə qədər ümumtəhsil müəssisələrində istilik sisteminin yoxlanması, təchizi məsələsi var. Distant təhsil müddətində bu, o qədər də diqqət çəkmirdi, məktəbdə əyani tədris yox idi, fevralın 1-dən mühüm məsələ olduğu üçün monitorinq aparılıb. Cari problemlər aradan qaldırılır. Tədrisin təşkili məsələsi ilə bağlı mövcud qaydaları, qərarları yenidən xatırlatma etmişik, rəhbər və müəllimlər bu qaydalara əsasən tədrisin təşkilinə hazırdırlar. Təcrübələrə əsasən tədris prosesi qurulacaq. Fevralın 1-dən hibrid tədrisi yenidən təşkil edəcəyik, əyani ilə yanaşı, distant forma da davam etdiriləcək.

  Vəliyeva deyib ki, Bakı məktəblərində fevral ayının 1-dən 274 məktəbdə 1092 sinif, 27122 uşaq əyani məktəqədər təhsilə başlayacaq. Eyni zamanda 44904 şagird I-IV siniflərdə əyani təhsilə davam edəcək: "Ən azı bir valideyn şəhərdə hərəkətdə olacaq. Onlar məktəblərin giriş-çıxışlarında məsuliyyətli olmalıdırlar. Dezinfeksiya işləri aparılır, bütün qaydalara riayət olunması üçün prosesə başlanılıb. 185 məktəbdə “Məktəblinin dostu da fəaliyyət göstərir, onlar da şagirdlərə dəstək olacaq. Əyani təhsilin niyə 3 gün olmasına gəldikdə, bu, bizdən asılı deyil, mövcud qaydalara uyğun verilən qərardır. Məsafənin gözlənməsi ən mühüm şərtdir, 1,5 metr məsafə siniflərin yarıya bölünməsinə gətirib çıxarır və sıxlıq yarada bilir. Ona görə də hibrid forma ən uyğunu sayılıb. Təhsil müəssisələrinə daxil olarkən hər bir şəxsin hərarətinin ölçülməsi, məsafənin gözlənilməsi, siniflərin havalandırılması, növbəlilik prinsipinə əməl edilməsi nəzərdə tutulur”.



Xəbəri paylaş

1329 dəfə oxunub.

Digər xəbərlər