Saytımızı qiymətləndirin


 
 

Əvəz Zeynallı cərimələnərək sərbəst buraxılıb
Tarix: 20-12-2017 | Saat: 17:52
Bölmə:--- | çapa göndər

 

 

Bu gün Binəqədi Rayon Məhkəməsində "Xural" qəzetinin baş redaktoru Əvəz Zeynallı barəsində məhkəmə qərarı elan olunub.

"Qarabaginfo" "Report"-a istinadən xəbər verir ki, o, 200 manat cərimələnərək sərbəst buraxılıb.

Xatırladaq ki, Ə.Zeynallı ötən gün çəkiliş aparan zaman Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb və daha sonra ona qarşı İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə (polisin qanuni əmrinə tabe olmama) inzibati iş qaldırılıb. 

Qeyd edək ki, Ə.Zeynalı 2013-cü ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9 il müddətinə azadlıqdan məhrum olunub. 2014-cü ilin dekabr ayında əfv sərəncamı ilə azadlığa buraxılıb.



Xəbəri paylaş

85 dəfə oxunub.

Digər xəbərlər

17-08-2025, 22:58Paşinyan üzr istədi