Saytımızı qiymətləndirin


 
 

Rəsmi açıqlama: “Bakıda qəbir yerləri üçün 63 manat rüsumdan başqa ödəniş tələb olunmur
Tarix: 03-04-2018 | Saat: 09:39
Bölmə:--- | çapa göndər

 

 

Bakı Şəhər Əhaliyə Vətəndaşlıq Xidməti Tresti açıqlama verib

“Bakıda qəbiristanlıqlarda qəbir yerləri üçün təyin olunmuş dövlət rüsumu var. Dövlət rüsumu müsəlman qəbirləri üçün 63 manat, qeyri-müsəlman qəbirləri üçün isə 79 manat təşkil edir”.

"Qarabaginfo" xəbər verir ki, “Report.az”a açıqlamasında Bakı Şəhər Əhaliyə Vətəndaşlıq Xidməti Trestinin baş mühəndisi Sabir Həsənov deyib.

O bildirib ki, rüsuma tikinti materialının qiyməti daxil deyil: “Tikinti materialını ya biz alıb veririk və pulunu alırıq, ya da bunu mərhumun yaxınları edir. Tikinti materialının tərkibinə 58 ədəd mişar daşı, 3 kisə sement, 6 ədəd Ələt daşı, qum və fəhlə pulu daxildir. Ümumi məbləğ bazar qiymətinə görə təyin edilir”.

S.Həsənov qeyd edib ki, insanlardan təyin olunan dövlət rüsumundan başqa ödəniş tələb olunmur. O bildirib ki, əlavə ödənişin tələb edilməsi qanunsuzdur: “Əgər belə hal müşahidə olunsa, vətəndaşlar Trestin "Qaynar xətti"nə, yəni 012 510-83-08 nömrəsinə zəng edə bilərlər”. 



Xəbəri paylaş

125 dəfə oxunub.

Digər xəbərlər

17-08-2025, 22:58Paşinyan üzr istədi