Saytımızı qiymətləndirin


 
 

Ceyhun Bayramov Sloveniyanın xarici işlər nazirinə Ermənistanın təxribatları və mina təhdidləri barədə məlumat verib
Tarix: 24-09-2022 | Saat: 20:44
Bölmə:Siyasət / Karusel | çapa göndər

Ceyhun Bayramov Sloveniyanın xarici işlər nazirinə Ermənistanın təxribatları və mina təhdidləri barədə məlumat verib

Nyu Yorkda BMT Baş Assambleyasının 77-ci sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Sloveniyanın xarici işlər naziri Tanja Fajon ilə görüşüb.

XİN-dən verilən məlumata görə, ikitərəfli siyasi və iqtisadi əməkdaşlığın əhəmiyyətli rol oynadığını deyən nazir, iqtisadi fəaliyyət, investisiya qoyuluşu, turizm və digər sahələrdə əlaqələri inkişaf etdirmək üçün imkanların araşdırılmasının zəruriliyini qeyd edib. Nazir görüş zamanı, Ermənistanın ölkəmizə qarşı təcavüzünün tarixi, post-münaqişə dövründə Ermənistanın təxribatları, bölgədəki genişmiqyaslı mina təhdidləri barədə məlumat verib.

Azərbaycanla Sloveniya arasında dostluq əlaqələrinin mövcud olduğunu qeyd edən Sloveniya xarici işlər naziri iqtisadi və energetika sahəsində əlaqələrin genişləndirilməsi üçün marağın olduğunu bildirib. Nazir Sloveniyanın minasızlaşdırma sahəsində Azərbaycanla əməkdaşlıq etdiyini və bu əməkdaşlığın genişləndirilməsinin vacib olduğunu diqqətə çatdırıb. O, bölgəmizdə yaranmış gərginliyə görə narahatlığını diqqətə çatdırıb və problemlərin siyasi-diplomatik müstəvidə həllinin zəruri olduğunu qeyd edib.

Görüş zamanı, ölkələrimiz arasında ikitərəfli siyasi dialoqun davam etdirilməsinin vacibliyi vurğulanıb, bir sıra regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.



Xəbəri paylaş

1207 dəfə oxunub.

Digər xəbərlər