Saytımızı qiymətləndirin


 
 

Liz Trass Fransa Prezidenti Emmanuel Makronla görüşüb
Tarix: 20-09-2022 | Saat: 21:21
Bölmə:Siyasət / Karusel | çapa göndər

Liz Trass Fransa Prezidenti Emmanuel Makronla görüşüb

Böyük Britaniyanın Baş naziri Liz Trass Fransa Prezidenti Emmanuel Makronla görüşüb.

Qarabaginfo.az  “Downing Street”ə istinadən verdiyi xəbərə görə, Britaniyanın Baş naziri Liz Trass Fransa prezidenti Emmanuel Makronla bu gün Nyu-Yorkda BMT-nin Baş Assambleyasında görüşüb.

Liderlər Ukrayna Silahlı Qüvvələrinin son günlərdə əldə etdiyi irəliləyişləri alqışlayıblar, Ukraynanın hərbi, iqtisadi və siyasi cəhətdən dəstəkləməsinin vacibliyi ilə bağlı razılığa gəliblər.

Baş nazir və prezident Makron Rusiyanın enerjisindən asılılığa son qoymaq və enerji təhlükəsizliyini gücləndirmək üçün birgə işləməyin vacibliyini vurğulayıblar:

“Biz Putinə onun enerji və ərzaq təchizatı ilə bağlı iqtisadi təhdidlərinin baş tutmayacağını göstərməliyik”, - deyə “Downing Street”dən verilən açıqlamada deyilir.

Liderlər dünya bazarında dəyişkənliyi və xərcləri azaltmaq üçün enerji sahəsində Böyük Britaniya-Fransa əməkdaşlığını genişləndirmək barədə razılığa gəliblər.(Apa0



Xəbəri paylaş

1152 dəfə oxunub.

Digər xəbərlər