Ana Sayfa > Siyasət / Karusel > Liz Trass Fransa Prezidenti Emmanuel Makronla görüşüb
Liz Trass Fransa Prezidenti Emmanuel Makronla görüşüb20-09-2022, 21:21. Yazar: Admin |
Böyük Britaniyanın Baş naziri Liz Trass Fransa Prezidenti Emmanuel Makronla görüşüb. Qarabaginfo.az “Downing Street”ə istinadən verdiyi xəbərə görə, Britaniyanın Baş naziri Liz Trass Fransa prezidenti Emmanuel Makronla bu gün Nyu-Yorkda BMT-nin Baş Assambleyasında görüşüb. Liderlər Ukrayna Silahlı Qüvvələrinin son günlərdə əldə etdiyi irəliləyişləri alqışlayıblar, Ukraynanın hərbi, iqtisadi və siyasi cəhətdən dəstəkləməsinin vacibliyi ilə bağlı razılığa gəliblər. “Biz Putinə onun enerji və ərzaq təchizatı ilə bağlı iqtisadi təhdidlərinin baş tutmayacağını göstərməliyik”, - deyə “Downing Street”dən verilən açıqlamada deyilir. Geri dön |