Saytımızı qiymətləndirin


 
 

“Zaqatalada Qadınların Sosial İnkişafına Dəstək” İctimai Birliyi qrant müsabiqəsinin qalibi olub
Tarix: 21-10-2022 | Saat: 10:45
Bölmə:Region | çapa göndər

 

 

“Zaqatalada Qadınların Sosial İnkişafına Dəstək” İctimai Birliyi  Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi  Aqentliyinin maliyyə  dəstəyi ilə  keçirilən “2022-ci il kiçik qrant müsabiqəsi”nin qalibi olub.

“Qadın Hüquqları ilə bağlı marifləndirmə” layihəsinin icrasına 1 sentyabr 2022-ci il tarixindən başlanılan, layihənin icrası istiqamətində müvafiq tədbirlər görülüb.

Layihənin əsas məqsədi hədəf ərazilərdə  yaşayan  qadınlara  qadın hüquqlarını təbliğ etmək və gələcəkdə    qadınların hüquqlarının tapdalanması hallarının azadılması istiqamətində iş aparmaqdır.  Layihənin icra olunacağı 2 ay ərzində Zaqatala rayonunda 5 bələdiyyə ərazisində (Mazıx, Dağlı, Gözbarax, Lahıc, Yenqiyan bələdiyyələri).  hər bələdiyyədə 1 sessiya olmaqla qadın hüquqlarının təbliği məqsədi  ilə maarifləndirici tədbirlər həyata keçirilib. Layihədən   hər görüşdə  30 nəfər olmaqla  150 nəfər  birbaşa    faydalandı.

 

Layihədən birbaşa faydalananlar tədbirdə iştirak edənlərdi.  Hər  yaş qruplarının seçilməsində məqsəd onların  həyatlarında bu maarifləndirici görüşlərin faydasından istifadə etmələridir. Dolayı yolla faydalananlar iştirak edənlərin  ailə üzvləri, həmyaşıdları, digər sakinlər və icma sahibləridir. Ümumi faydalananların sayı 150 nəfərdir.Dolayı yolla faydalananların sayı 700 nəfərdir.

Kənd yerlərində qadınların (gənc qızların)  öz hüquqlarını bilməsi , özlərini  müdafiə etməsinə   daha cox ehtiyacı olduğundan  bu layihədən faydalanması məqsədə uyğundur.

 

Bu layihənin həyata keçirilməsində İctimai Birliyə dəstək olmuş Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Ağentliyinə və əməyi kecən təşkilatlara təşəkkür və minnətdarlığımızı bildiririk.

 












Xəbəri paylaş

614 dəfə oxunub.

Digər xəbərlər