Saytımızı qiymətləndirin


 
 

Prezidentdən təhsil qrantı ilə bağlı - Sərəncam
Tarix: 06-12-2017 | Saat: 18:36
Bölmə:Manşet / Karusel / Sosial | çapa göndər

 

Prezidentdən təhsil qrantı ilə bağlı

 

Azərbaycan prezidenti İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin vətəndaşlarına Azərbaycanın ali təhsil müəssisələrində təhsil üçün qrantların verilməsi haqqında sərəncam imzalayıb.

"Qarabaginfo" “Qafqazinfo”-a istinadən verdiyi məlumata görə, 2018-ci ildən başlayaraq İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin vətəndaşları üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrində tədris dilinə uyğun hazırlıq kurslarında və ali təhsilin bakalavriat, magistratura, doktorantura, tibb təhsili üzrə əsas təhsil və rezidentura səviyyələrində təhsil qrantı proqramı təsis edilib.
 
Təhsil alanlar üçün təhsil qrantının say həddi hər il 20 nəfər olmaqla 5 il ərzində 100-ə çatdırılır, həmin qrant dövlət hesabına ödənilən təhsil haqqı, viza, qeydiyyat, yataqxana və ya mənzil kirayəsi, gündəlik qidalanma, tədris ədəbiyyatı ilə təminat, nəqliyyatdan (taksi xidmətindən başqa) istifadə, kommunal xidmətlər, tibbi yardım və ildə bir dəfə ölkələrinə gediş-gəliş xərclərini əhatə edir.
 
Maliyyə Nazirliyinə təhsil qrantı ilə bağlı xərclərin müvafiq illərin dövlət büdcələrində nəzərə alınmasını təmin etmək tapşırılıb.

 

 



Xəbəri paylaş

630 dəfə oxunub.

Digər xəbərlər