Saytımızı qiymətləndirin


 
 

Birinci vitse-prezident Azərbaycan xalqını təbrik edib
Tarix: 20-03-2022 | Saat: 10:20
Bölmə:Manşet / Karusel / Siyasət | çapa göndər

Birinci vitse-prezident Mehriban Əliyeva

 

Birinci vitse-prezident Mehriban Əliyeva Novruz bayramı münasibəti ilə Azərbaycan xalqını təbrik edib.

Qarabaginfo.az xəbər verir ki, təbrikdə deyilir:

“Əziz həmvətənlər!

Novruz bayramı münasibətilə sizi səmimi-qəlbdən təbrik edir, hər birinizə möhkəm cansağlığı, uzun ömür və xoşbəxtlik arzulayıram! Təbriklərinizə, səmimi və xoş diləklərinizə görə çox sağ olun! Sizin diqqətiniz, qayğı və dəstəyiniz mənim üçün çox dəyərlidir! Allah Vətən uğrunda həlak olmuş bütün şəhidlərimizə rəhmət eləsin, onların doğmalarına və yaxınlarına səbir versin! Qoy təbiətin oyanmasının və yenilənməsinin rəmzi olan Novruz hər evə xoş ovqat gətirsin, hər ocağa bol sevinc, ruzi-bərəkət və firavanlıq bəxş etsin! Uca Tanrı mərhəmətini xalqımızdan heç zaman əsirgəməsin!”.



Xəbəri paylaş

1242 dəfə oxunub.

Digər xəbərlər