Ərdoğanın Rusiyaya səfəri başlayıb
Tarix: 13-11-2017 | Saat: 16:05
Bölmə:Manşet / Karusel / Siyasət | çapa göndər
674 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 13-11-2017 | Saat: 16:05
Bölmə:Manşet / Karusel / Siyasət | çapa göndər
13 Noyabr 2017 [15:50]
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiyaya səfəri başlayıb.
Onu Ankaranın Esenboğa hava limanından dövlət və hökumət rəsmiləri yola salıb. R.T.Ərdoğan səfər çərçivəsində Soçidə rusiyalı həmkarı Vladimir Putinlə görüşəcək.
Türkiyə prezidenti səfərə yol düşməmişdən əvvəl hava limanında keçirdiyi mətbuat konfransında deyib ki, V.Putinlə görüşdə iki ölkə arasında iqtisadi-ticari əlaqələrin genişləndirilməsini, viza rejiminin ləğvini, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsini, Suriya böhranını və bölgədəki digər problemləri müzakirə edəcəklər.
R.T.Ərdoğan xatırladıb ki, ABŞ prezidenti Donald Tramp və Rusiya rəhbəri Vladimir Putinin Suriya ilə bağlı birgə bəyanat veriblər və Suriyanın ərazi bütövlüyü və suverenliyini dəstəklədiklərini vurğulayıblar. Türkiyə prezidenti bu məsələni V.Putinlə müzakirə edəcək.
R.T.Ərdoğan Rusiya ilə birlikdə həyata keçirilən "Akkuyu" Atom Elektrik Stansiyasının tikintisi, "Türk axını” təbii qaz kəməri layihəsinin vəziyyəti də V.Putinlə müzakirə edəcəklərini vurğulayıb.
O, Rusiyadan sonra noyabrın 14-də Küveytə, noyabrın 15-də isə Qətərə səfər edəcək.
Xatırladaq ki, Türkiyə və Rusiya prezidentləri sonuncu dəfə 2017-ci il sentyabrın 28-də Ankarada görüşüb.
report
Xəbəri paylaş
Digər xəbərlər
11-12-2025, 13:15
XİN: Rusiya ilə ABŞ arasında anlaşılmazlıqlar aradan qaldırılıb
5-10-2025, 09:53
Qəzza danışıqları üçün nümayəndələr Qahirədə toplanır
23-01-2023, 22:06
Prezident Ermənistanla münasibətlərin normallaşması üçün Azərbaycanın şərtini Blinkenə açıqlayıb
11-04-2022, 11:01
Bu il Həcc ziyarətinə bu şəxslər gedə biləcək
24-08-2024, 13:22
XİN-dən Ukraynaya təbrik
6-11-2020, 15:27
Nazirlər Kabineti yanında Operativ Qərargah 10 şəhər və rayonda xüsusi karantin rejimində dəyişikliklər edib
29-11-2022, 13:54
Bu dövlət rüsumu ləğv edilir
22-04-2022, 18:53
Türkan qəsəbəsinə magistral su xətti çəkildi
2-01-2026, 21:31
Türkiyə, Səudiyyə Ərəbistanı və BƏƏ XİN başçıları Yəməndəki son vəziyyəti müzakirə edib
10-10-2022, 12:20
Baş Prokurorluq: Azərbaycan hərbçilərinin diri-diri boğazının kəsilməsi, üz dərisinin soyulması faktları var






" style="width: 670px; height: 340px;">









