Saytımızı qiymətləndirin


 
 

Əlilliyi olan uşaqlar Heydər Əliyev Fondunun dəstəyi ilə “Dubay Ekspo”da çıxış etdi - Fotolar
Tarix: 04-01-2022 | Saat: 14:40
Bölmə:Manşet / Karusel / Gündəm | çapa göndər

 

Əlilliyi olan uşaqlar Heydər Əliyev Fondunun dəstəyi ilə “Dubay Ekspo”da çıxış etdi

 

“Dubay Ekspo 2020” ümumdünya sərgisindəki Azərbaycan pavilyonunda “DanceAbility Azerbaijan” İnklüziv Performans Şirkətinin “Bədənimin danışacaq hekayəsi var” rəqs tamaşası nümayiş etdirilib.

Qarabaginfo.az xəbər verir ki, tamaşa Heydər Əliyev Fondu və UNICEF-in dəstəyi ilə baş tutub.

Xatırladaq ki, Heydər Əliyev Fondu ilə BMT-nin Uşaq Fondu (UNICEF) arasında ötən ilin dekabrında Anlaşma Memorandumu imzalanıb. Memorandum 2025-ci ilin sonunadək Azərbaycanda uşaqların erkən uşaqlıq dövründə inkişafı, inklüziv təhsil, yeniyetmə və gənclərin inkişafı sahəsində müxtəlif layihələrin həyata keçirilməsini nəzərdə tutur. Bu istiqamətdə görülən işlər çərçivəsində əlilliyi olan uşaqlardan ibarət rəqs qrupunun “Dubay Ekspo”da konsert proqramı dünya sərgisinin ziyarətçiləri tərəfindən maraqla qarşılanıb.

“Dubay Ekspo 2020” dünya sərgisində Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə yaradılan milli pavilyonda mütəmadi olaraq müxtəlif sahələri əhatə edən tədbirlər və konsert proqramları keçirilir. Sərgi 2022-ci il martın 31-dək davam edəcək.

 






 



Xəbəri paylaş

336 dəfə oxunub.

Digər xəbərlər