Prezident: “Şuşa Bəyannaməsi bütövlükdə Avrasiya üçün strateji əhəmiyyət daşıyır
Tarix: 08-07-2021 | Saat: 12:25
Bölmə:Manşet / Karusel / Gündəm | çapa göndər
1349 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 08-07-2021 | Saat: 12:25
Bölmə:Manşet / Karusel / Gündəm | çapa göndər
“Azərbaycan Cənubi Qafqazda geosiyasi və geoiqtisadi reallığı köklü surətdə dəyişməklə əməkdaşlığa, sülhə, regional və qlobal miqyasda dayanıqlı təhlükəsizlik sisteminin yaradılmasına istiqamətlənmiş strateji kurs həyata keçirir. İnsanlıq əleyhinə törədilmiş cinayətlərə, işğala son qoyan və regionda böyük inkişafa yol açan bu prosesdə qardaş Türkiyə bizə hər zaman yüksək dəstək verdi”.
Qarabaqinfo.az-ın xəbərinə görə, bu, Prezident İlham Əliyevin XXIV Avrasiya İqtisadi Zirvə Toplantısının iştirakçılarına təbrik məktubunda qeyd olunub.
Prezident vurğulayıb ki, Vətən müharibəsində qələbəmiz və hazırkı proseslər Azərbaycan-Türkiyə qardaşlığının, sarsılmaz birliyinin nailiyyətləridir: “Ən önəmlisi isə hər iki ölkənin özü üçün bir dəyərə çevirdiyi ədalət və inkişafın qələbəsidir. Yeni geosiyasi reallığın ən böyük təntənəsi isə Şuşa Bəyannaməsidir. Bu tarixi sənəd Azərbaycanla Türkiyə arasında qardaşlıq, dostluq, tərəfdaşlıq münasibətlərini müttəfiqlik statusunda rəsmiləşdirdi. Bu təhlükəsizlik və sülhə yüksək zəmanət sənədi Cənubi Qafqaz daxil olmaqla bütövlükdə Avrasiya üçün strateji əhəmiyyət daşıyır. Azərbaycan və Türkiyə regionun resurslar, kommunikasiya və logistika potensialından səmərəli istifadəyə imkan yaradan, hər kəs üçün faydalı, firavan, layiqli gələcəyin qurulması naminə inamla birgə addımlayır. Ölkələrimizin enerji təhlükəsizliyinin təminatındakı qlobal rolu da Avrasiyada davamlı əməkdaşlıq və xalqların rifahı üçün möhkəm təməl olaraq qalacaq”.
Xəbəri paylaş
Digər xəbərlər
21-10-2021, 12:44
Prezident Şəhriyar Məmmədyarovun atası ilə görüşüb - FOTO
29-06-2021, 10:16
Həkim: "Azərbaycanda "Delta" ştammının yayılmaması üçün ciddi tədbirlər görülməlidir"
5-12-2022, 10:11
Qaladərəsi yaxınlığındakı filiz şaxtasının konkret kimlər tərəfindən qazıldığı da üzə çıxdı...
9-05-2022, 19:58
Sahibə Qafarovanın İsveçrəyə səfəri başlayıb
16-08-2021, 10:17
Polisdən “patı” əməliyyatı: 11 nəfər saxlanıldı
23-02-2022, 18:31
“Qida təhlükəsizliyi haqqında” qanun layihəsi parlamentə daxil olub
1-12-2023, 10:20
Geomaqnit qasırğası müşahidə olunur
9-03-2022, 12:47
Sabahın havası açıqlandı