
Azərbaycan Prezidenti: "Xəzərin statusu ilə bağlı görülməli olan işlərin çox hissəsi artıq yerinə yetirilib"
Tarix: 05-04-2018 | Saat: 22:45
Bölmə:Manşet / Karusel / Siyasət | çapa göndər
679 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 05-04-2018 | Saat: 22:45
Bölmə:Manşet / Karusel / Siyasət | çapa göndər
Məncə, Xəzərdənizinin hüquqi statusunun qəti müəyyən edilməsi məsələsində əhəmiyyətli fakt odur ki, biz düzgün istiqamətdə irəliləyirik. Qiymətləndirmə və təhlil tələb edilən bütün məsələlərdə meyilləri nəzərə almaq lazımdır. Yəni, bu məsələyə dair qarşılıqlı anlaşmaya nail olmaq meyli hiss olunur və deməliyəm ki, görülməli olan işlərin çox hissəsi artıq yerinə yetirilib".
“Report” xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın TASS informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail Qusmana müsahibəsində deyib.
Dövlət başçısı hazırda Xəzərin statusu ilə bağlı məsələdə Azərbaycana aid problemin olmadığını bildirib:
"Düşünürəm ki, bütün Xəzəryanı dövlətlər tərəfindən bundan sonra da nümayiş etdiriləcək xeyirxah iradə bu məsələni tənzimləməyə və Xəzər dənizinin statusu məsələsinə bir növ nöqtə qoymağa imkan verəcək. Bununla bərabər, qeyd etməliyəm ki, Xəzər dənizinin statusunun tənzimlənməmiş qalması məsələsi Xəzəryanı dövlətlərin əməkdaşlığının istər çoxtərəfli, istərsə də ikitərəfli formatına əsla təsir göstərmir. Hər halda, Azərbaycana aid problem yoxdur".
İlham Əliyev Azərbaycanın bütün Xəzəryanı ölkələrlə çox sıx, səmimi, real məzmunlu və çox yüksək etimad səviyyəsinə əsaslanan münasibətlərinin olduğunu vurğulayıb:
"Bizim bütün Xəzəryanı ölkələrlə çox sıx, səmimi, real məzmunlu və çox yüksək etimad səviyyəsinə əsaslanan münasibətlərimiz var. Ona görə düşünürəm ki, bütün Xəzəryanı ölkələrin şərik çıxdığı bu yanaşma – Xəzərin statusu məsələsini qonşularla münasibətlərin gündəliyində bir nömrəli məsələ hesab etmək əvəzinə, qüvvələrimizi bu gün həll edilməsi mümkün və lazım olan məsələlər üzərində cəmləşdirməliyik. Bununla da biz həmin məsələnin tənzimlənməsi üçün zəmin yaratmış olarıq. Hesab edirəm ki, beynəlxalq problemlərlə bağlı bütün başqa məsələlərdə olduğu kimi, burada da beynəlxalq hüququn, bu tipli məsələlərin tənzimlənməsində mövcud beynəlxalq praktikanın prinsipləri və tərəflərin xeyirxah iradəsi ilə bağlı məsələlər əsas götürülməlidir. Ona görə də hesab edirəm ki, bu istiqamətdə görülmüş işlər təqdirəlayiqdir. Bu məsələnin bəzi istiqamətləri üzrə irəliləmək üçün planlarımız var. Düşünürəm ki, lap yaxın vaxtlarda biz yaxşı nəticələr görəcəyik".
Xəbəri paylaş
Digər xəbərlər
5-11-2021, 16:37
Son sutkada peyvəndlənənlər
2-06-2022, 12:03
38 mindən çox abituriyent üçün qəbul imtahanı keçiriləcək
8-03-2022, 21:55
Qərb Ukraynanın bərpası üçün Marşal planının analoqunu hazırlayacaq
13-09-2025, 09:41
Sikorski: Polşa Rusiyayla diplomatik əlaqələri kəsmək niyyətində deyil
24-02-2022, 13:28
Mehriban Əliyeva: "Biz hamımız dostluq edirdik, əlbir idik, heç bir pislik gözləmirdik"
16-03-2020, 17:53
Gürcüstandan Azərbaycana 170 nəfər təxliyə edildi
3-02-2023, 12:42
"Ölkələr konsulluqlarını məqsədli şəkildə bağlayırlar" - Çavuşoğlu
20-12-2023, 16:00
Prezidentlə xanımı Xocavənd və Xocalıya getdilər
13-07-2026, 06:06
KİV: ABŞ-ın hava hücumları nəticəsində azı 13 İran şəhəri vurulub
6-05-2022, 13:37
“Əmək müqaviləsi bildirişi” altsisteminə giriş məhdudlaşdırılır


















