Sumqayıtda müəllim dərs zamanı vəfat edib.

 

Qarabaginfo.az Apa-ya istinadən xəbər verir ki, hadisə şəhərin İsmət Qayıbov adına 1 nömrəli tam orta məktəbində baş verib. Belə ki, məktəbin rus bölməsinin Azərbaycan dili müəllimi 1959-cu il təvəllüdlü Camalov Şaiq Cəbrayıl oğlu bu gün səhər saatlarında ürəktutmasından məktəbdə vəfat edib.

Bu gün həmçinin, Oğuz rayonunda 11-ci sinif şagirdi dərs zamanı ölüb. Hadisə rayonun Çaldaş kənd tam orta məktəbində baş verib.

Məktəbin 11-ci sinif şagirdi, 2006-cı il təvəllüdlü Zarina Əhməd qızı Əzizovanın məktəbdə idman dərsi zamanı qəflətən halı pisləşib. 16 yaşlı Z.Əzizova elə məktəbdə keçinib.

Ölümün dəqiq səbəbini müəyyənləşdirmək üçün meyit Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya birliyinin Oğuz rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Müəllim dərs prosesi zamanı özünü pis hiss etdiyindən sinifdən çıxıb və qəfil dünyasını dəyişib.