Saytımızı qiymətləndirin


 
 

50 manatlıq cinayət... - 3 il həbs
Tarix: 27-11-2017 | Saat: 11:34
Bölmə:Kriminal | çapa göndər

50 manatlıq cinayət...

 

Bakı Ağır Cinayətlər Məhkəməsində onunla cinsi əlaqədə olmaq istəyən şəxsi bıçaqlayan homoseksual Kamran İslamova hökm oxunub.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Rasim Sadıqovun icraatında olan prosesdə K.İslamov 3 il müddətinə azadlıqdan məhum edilib.

İttihama görə, K.İsmayılov usta işləyən atasına 50 manat borcu qalan Murad Həsənovla görüşərək pulunu tələb edib. Muradın pulu qaytarmaq istəməməsi mübahisəyə səbəb olub və Kamran onu bıçaqlayaraq qaçıb.

Məhkəmədə ifadə verən K.İsmayılov isə M.Həsənovu 50 manata görə bıçaqlamadığını deyib və cinsi azlıq nümayəndəsi olduğunu etiraf edib. O əlavə edib ki, M.Həsənovun ona qarşı zorakılıq hərəkətlərini gizlətmək üçün müstəntiq belə yazıb. K.İsmayılovun atası da davanın 50 manata görə düşdüyünü deyib. Daha sonra K.İslamov da ifadəsini dəyişərək davanın 50 manat borca görə düşdüyünü deyib.



Xəbəri paylaş

651 dəfə oxunub.

Digər xəbərlər