Saytımızı qiymətləndirin


 
 

Gürcüstan DTX-da dindirilən keçmiş nazir ölkəni tərk edib
Tarix: 18-02-2026 | Saat: 21:01
Bölmə:Karusel / Region | çapa göndər

Levan Davitaşvili

 

Ötən gün Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) dindirilən Baş nazirin sabiq müavini, iqtisadiyyat və dayanıqlı inkişaf naziri Levan Davitaşvili ölkəni tərk edib.

Qarabagifo.az  xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

DTX keçmiş nazirin Gürcüstanda olmadığını təsdiqləyib.

Qeyd edək ki, Levan Davitaşvili və Gürcüstanın Neft və Qaz Korporasiyasının keçmiş Baş direktoru Giorgi Çikovani DTX-nın Korrupsiyaya Qarşı Mübarizə Agentliyi tərəfindən aparılan cinayət işi üzrə istintaq çərçivəsində dindiriliblər. Məsələ Gürcüstanın qaz tədarükü ilə bağlı imzalanmış müqavilənin şərtləri ilə bağlı olub.

Xatırladaq ki, Levan Davitaşvili 2022-ci ilin fevralından 2025-ci ilin iyununa qədər Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf naziri vəzifəsini tutub, 2021-ci il iyulun 12-dən isə Baş nazirin müavini olub.



Xəbəri paylaş

22 dəfə oxunub.

Digər xəbərlər
10-03-2021, 15:12 Bakıda gəmi yanır